ManşetÖlkə içi

Qafanda qətl, Kacaranda süni ajiotaj və itkin düşən əsgərimiz- növbəti erməni hiyləgərliyi

Ermənistanda kriminal hadisələr, xüsusən sərhədyanı ərazilərdə daha çox odlu silahın tətbiqi ilə baş verən qətllər artmaqdadır. JAMAZ.İNFO xəbər verir ki, son bir ay içərisində Azərbaycanla sərhəddə odlu silah tətbiq etməklə qətl hadisələrinin baş verməsi ermənilər tərəfindən ənənəvi olaraq başqa şəkildə yozulur.

Qeyd edək ki, dünən Sünik vilayətində naməlum şəxs Qafan inzibati ərazisində xidmət edən mühafizəçi odlu silahla vurularaq, qətlə yetirilib. Qətli törədən şəxs hadisəni ardından ərazini tərk edib. Ermənistan istintaq orqanları hadisəni araşdırdıqlarını bildiriblər.

Lakin yerli media məsələni başqa şəkildə yozmağa çalışırlar. Onlar hadisələrin sərhəddə baş verməsini əsas gətirərək, bunun Azərbaycan tərəfindən törədilə biləcəyi barədə xəbər tirajlamağa çalışırlar. Məsələn, “Hraparak” qəzeti Qafanda baş verən son qətl hadisəsi ilə bağlı yazıb ki, guya, Kacaran şəhərində əhali təxribatların ola biləcəyindən narahatdırlar.

Onların belə məlumat yaymasının bir başqa səbəbi də var. JAMAZ.İNFO xəbər verir ki, bir neçə gün əvvəl Naxçıvanda xidmət edən iki hərbçimiz duman səbəbindən yolu azaraq, Ermənistan ərazisində itkin düşüblər. Erməni tərəfi ötən günlərdə onlardan birini həbs etdiklərini, hazırda istintaq apardıqlarını bildiriblər. Digər hərbçimizin aqibəti barədə isə heç bir məlumat yoxdur.

Güman ki, bu gün Qafanda baş verən hadisə, ardından Kacaranda guya təxribat ola biləcəyi barədə məlumatın ortaya atılması yolu azaraq itkin düşmüş əsgərlərimizlə bağlıdır. Belə ki, erməni tərəfi adi kriminal hadisələrin guya, itkin düşən və hazırda erməni polisi tərəfindən axtarılan Azərbaycan əsgərinin boynuna qoymaq, onların “kəşfiyyatçı olması və məqsədli şəkildə Ermənistana göndərilməsi” barədə rəy yaratmaqdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button