CəmiyyətManşet

Qafanda ara qarışdı, rəsmilər hamını silahlanaraq kəndləri qorumağa çağırırlar

Xəbər verildiyi kimi, Azərbaycan-Ermənistan sərhəddinin sərhədlərin müəyyən edilməsi davam edir. JAMAZ.İNFO xəbər verir ki, artıq Azərbaycan tərəfi Zəngilan istiqamətində dövlət sərhəddini bərpa edir və bununla bağlı ermənilərə xəbərdarlıq da edilir. JAMAZ.İNFO xəbər verir ki, qeyd olunan istiqamətdə bu gün 13 məntəqə Azərbaycana təhvil verilməlidir.

Bu isə ermənilərdə ciddi narazılıq yaradıb. Hətta Qafan rayonunun rəsmiləri həmin nöqtələri tərk etməkdən imtina etməyə çalışsalar da, İrəvandan gələndən təlimatdan sonra geri çəkiliblər. Lakin həmin ərazilərdə yaşayan ermənilər heç bir şəkildə Azərbaycan Ordusunun Qafan istiqamətində mövqe tutmasını istəmir və 13 kəndi vermək niyyətində olmadıqlarını bəyan edirlər. JAMAZ.İNFO xəbər verir ki, Azərbaycanla sərhəddə yerləşən Şurnux kəndinin icra nümyəndəsi Akop Arşakyan az öncə videogörüntü yayaraq, erməni könüllülləri onlara dəstək verməyə çağırıb. O bildirib ki, Şurnux kəndini Azərbaycan Ordusuna təhvil vermək fikrində deyil və hamını silahlanaraq Ordumuza qarşı mübarizəyə çağırıb. “Bütün könüllülərə səsələnirəm. Bu gün saat 10:00-da Şurnux kəndinə toplaşsınlar. Kəndi Azərbaycan-Türk hücumundan qorumalıyıq. 90-cı illərin əvvəlindən Şurnux problemi olub və bu gün də var. Könüllülərdən xahiş edirəm ki, silahlarını götürərək, kəndə gəlsinlər və özlərinə mövqe tutsunlar. Biz Şurnuxu qorumalıyıq, yoxsa gec olacaq”.

Qeyd edək ki, ermənilərin bu şəkildə davranması ilk hal deyil. Elə Şuşa istiqamətində də xeyli sayda erməni terrorçusu cəmləşərək, Ordumuza qarşı təxribatlar törədirdilər. Llakin əsgərlərimiz onları darmadağın edərək, 160-dan çoxunu əsir götürdülər. Şurnux kəndində də eyni aqibətin yaşanacağı istisna deyil. Çünki Azərbaycan öz torpaqlarını istəyir və Ermənistanın ərazisində gözü yoxdur. Eyni zamanda, müqavimət göstərən olacaqsa, cavabını dərhal alacaq. Ancaq burada bir vacib məqam odur ki, Ordumuz diqqətli olmalı və təxribatların qarısını itkisiz almalıdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button