GündəmManşet

Qafan-Gorus yolu Azərbaycana 5 illik verilib? – MOSKVADA MEMORANDUM İMZALANIBMIŞ

Qubadlı rayonunun Eyvazlı və Çayzəmi kəndlərindən keçən Qafan-Gorus yolunun 21 km-lik hissəsi Azərbaycana 5 illik verilib. JAMAZ.İNFO xəbər verir ki, bu iddia ilə Ermənistanda nəşr olunan “İravunk” qəzeti çıxış edib.

Məlumatda deyilir ki, bununla bağlı  2020-ci il dekabrın 18-də Ermənistanın o vaxtkı müdafiə naziri Vaqarşak Arutyunyan Moskvada memorandum imzalayıb.

Qəzet iddia edir ki, bu barədə 10 noyabr bəyanatında heç bir çmüddüa olmayıb. “Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bu gündən etibarən Azərbaycanın Gorus-Qafan magistralında gömrük və sərhəd-keçid məntəqələri quracağı ilə bağlı dünənki bəyanatı şok yaratdı. Halbuki bu yeni xəbər deyil. Moskvada imzalanmış sənədə əsasən demarkasiya zamanı erməni əsgərlər sözügedən yolu tərk etməlidirlər. Amma Arutyunyan Azərbaycan tərəfi ilə eyni ərazilərin Azərbaycan ərazilərinin tanınması ilə bağlı memorandum imzaladığı üçün proses sərhədlərin demarkasiyasına qədər başlayıb”.

“İravunk” yazılr ki, bu memorandumun nə üçün imzalandığı hələlik məlum deyil. “Lakin hakimiyyət Arutyunyanın necə mükafatlandırılacağına artıq qərar verib. Uzun müddətdir ki, onun Rusiyaya səfiri təyin ediləcəyi ilə bağlı şayiələr dolaşır”.

Qeyd edək ki, Azərbaycan tərəfi ənənəvi olaraq, hələ də susur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button