GündəmManşet

QAFAN ERMƏNİLƏRİ “AZƏRBAYCAN” SÖZÜ YAZILMIŞ TABLONU GÜLLƏBARAN ETDİLƏR, ORDUMUZ CAVAB TƏDBİRLƏRİ GÖRÜR

Bu gün Qafan-Çakaten yolunda Azərbaycan Ordusu ilə ermənilər arasında toqquşma olub. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Qafan icmasının rəhbəri Gevorq Parsyan məlumat yayıb.
İcma rəhbəri deyib ki, günorta saatlarında ermənilər yolun üzərində “Azərbaycan xoş gəlmisiz” sözləri yazılmış tablonu gülləbaran ediblər. Bundan sonra isə Azərbaycan Ordusu hərəkətə gələrək, mühafizə etdiyi ərazini genişləndirib və mövqe dəyişikliyi edərək, bir qədər irəli gedib və yeni post qurub.
Parsyan deyib ki, Azərbaycan Ordusunun yerdəyişmə etməsindən qorxuya düşərək, əraziyə rus sülhməramlılarını çağırıblar. Onun sözlərinə görə, əraziyə gələn ruslarla azərbaycanlılar arasında da insident yaşanıb. Belə ki, Azərbaycan tərəfi ruslardan ermənilərlə bağlı ölçü götürməsini tələb edib və sözügedən tabloya toxunmamalarını istəyiblər. Əks təqdirdə, ciddi tədbir görəcəkləri barədə xəbərdalıq ediblər.
Məlumatlara görə, ruslar Azərbaycan əsgərindən əvvəlki mövqeyə çəkilməsini istəyib. Elə narazılıq da buna görə baş qaldırıb. Ərazidə qulluq edən hərbçilərimiz rusları ermənilərə qahmar çıxmaqda, onların qaydaları pozsalar da barələrində tədbir görülməməsində ittiham ediblər. Vəziyyətin qarışdığını görən rus sülhməramlıları sonradan əraziyə hərbi texnika gətiriblər. Lakin Azərbaycan Ordusu təhlükəsizliyi təmin etmək üçün yerləşdiyi yeni mövqedən çıxmaqdan imtina edib. Üstəlik, bəyan ediblər ki, əgər ermənilər təxribata davam edərlərsə, daha irəliyə gedib, yeni postlar quracaqlar.
Ermənistan Müdafiə Nazirliyi Qafan sərhəddində hər hansı insidentin yaşanmadığını və vəziyyətin sabit olduğunu bəyan edib. Azərbaycan Müdafiə Nazirliyi isə hələ də bu barədə heç bir məlumat yaymayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button