DünyaManşet

Qərbdən Rusiyaya sanksiya dalğası: Moskva duruş gətirə biləcəkmi?

Ukraynanın iki bölgəsinin “müstəqilliyini” tanıyan Rusiyaya qarşı sanskiyalar dalğası start götürüb. JAMAZ.İNFO xəbər verir ki, Luqansk və Donbasdakı rus ordusunun hərkətlənməsi barədə də davamlı olaraq məlumatlar gəlməkdədir.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna ətrafında yaranmış böhranın diplomatik yolla çözülməsi üçün danışıqlara başlamağa hazır olduğunu bəyan edib.

Bu əsnada Avstraliya da Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarını açıqlayıb. Həmin sanksiyalara əsasən bundan sonra Rusiya Rəhlükəsizlik Şurasının üzvlərinin Avstraliyaya girişi qadağan edilib. Bundan başqa, bir xeyli iqtisadi sanskiyalar da tətbiq olunub.

Amerikanın “Associated Press” xəbər agentliyi isə Donetsk və Luqanskda hərəkətə keçən Rusiya ordusuna məxsus hərbi texnikaların fotolarını yayımlayıb. Peyk vasitəsi ilə çəkilmiş digər fotolarda isə Rusiyanın Ukraynayan hücum üçün hazırlıqlara başladığı diqqəti çəkir. Belarusiyada təlimlərə qatılmış 30 min əsgər və 100-dən çox hərbi texnika isə Ukrayna ilə sərhəddə transfer edilib. Bundan başqa, Rusiya sərhəddə səhra xəstəxanaları qurmağa da başlayıb. Hətta iddia edilir ki, 24 saat ərzində hücuma start verilə bilər.

JAMAZ.İNFO xəbər verir ki, Rusiyaya sanksiya tətbiq edən ölkələrdən biri də Yaponiya olub. Bu ölkənin baş naziri Fumio Kişida bildirib ki, Rusiyaya müqaviləyə əsasən göndəriləcək mal və məhsulların satışı dayandırılıb. Onun sözlərinə görə, Tokio Rusiya ilə ticarət əlaqələrini kəsməklə yanaşı, rəsmi şəxslərin ölkəyə girişinə də qadağa qoyacaq. Həmçinin rus iş adamları və ya onların yaxınlarının bank hesabları da dondurulacaq.

Kanadanın baş naziri Justin Trudeau bildirib ki, Şərqi Avropaya daha yüzlərlə əsgər göndərməyi qərara alıblar. Bundan başqa, Rusiyaya yeni sanksiyalar da tətbiq edəcəklər.

ABŞ-ın dövlət katibi Entoni Blinken sabah Rusiyanın XİN başçısı Sergey Lavrovla görüşünü ləğv edib. Blinken “İşğal səbəbindən görüşmək üçün heç bir səbəb qalmadı” deyə bildirib.

Çexiya, Almaniya və Fransada yaşayan ukraynalılar dünən etiraz aksiyaları keçiriblər. Onlar “Ukraynadan əlini çək”, “Putin müharibədir”, “Moskva evinə dön”, “Müharibəni dayandır” və “Putinə yox de” şüarları qaldırıblar. Kiyevdə Rusiya səfirliyinin önündə isə minlərlə insane etiraz aksiyası keçirib. Onlar “İmperiyalar məhv olmalıdır” şüarları yazılmış pankratlar qaldırıblar. Kremldən verilən məlumata görə isə Rusiya Ukraynadakı səfirliyini bu gecədən etibarən ölkədən çıxarmaq qərarı verib.

ABŞ prezidenti Co Bayden isə bəyan edib ki, yeni sanksiyaların tətbiqinə başlayıblar. Həmin məhdudiyyətlərdən biri də Rusiyanın Qərb ölkələrindən borc almasının qadağan edilməsidir. Belə ki, bundan sonra Rusiya Qərb ölkələrindən pul ala bilməyəcək, eyni zamanda, ABŞ və Avropa birjalarında heç bir əməliyyat həyata keçirə bilməyəcək. Həmçinin Rusiyanın VEB və ordu ilə bütün bankları da sanskiayaya məruz qalıblar. Paralel olaraq, Bayden, Rusiyanın aparıcı siyasət adamları və onların ailə üzvlərinin də Qərb ölkələrinə girişinə qadağa qoyduqlarını bəyan edib.

 

Son dakika... Putin kasıp kavurdu 24 saat içinde saldırı bekleniyor

 

Son dakika... Putin kasıp kavurdu 24 saat içinde saldırı bekleniyor

 

Son dakika... Putin kasıp kavurdu 24 saat içinde saldırı bekleniyor

 

Son dakika... Putin kasıp kavurdu 24 saat içinde saldırı bekleniyor

 

Son dakika... Putin kasıp kavurdu 24 saat içinde saldırı bekleniyor

 

Son dakika... Putin kasıp kavurdu 24 saat içinde saldırı bekleniyor
Son dakika... Putin kasıp kavurdu 24 saat içinde saldırı bekleniyor

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button