ManşetSosial

Qəbələnin icra başçısı Şəhidlər üçün xatirə bulağının tikintisinə qadağa qoyub -ŞİKAYƏT 

“Qəbələ rayon İcra Hakimiyyəti başçısı Səbuhi Abdullayev bizi aldadıb süründürməçliyə məruz qoyub”. Bu sözləri JAMAZ.İNFO-ya Qəbələ rayonu, Böyük Pirəli kənd sakini Şəhid anası Eyyubova Mələk İsgəndər qızı deyib.

O bildirib ki, oğlu Eyyubov Sərvan Yusif oğlu Vətən Müharibəsində Şəhid olub. “Onun və kəndimizin digər 4 şəhidinin adına bulaq inşa etdirmək üçün yer ayrılmaısna görə icra başçısına müraciət etdim.Əraziyə baxdı və razılıq verdi. Bundan sonra bulaq tikintsi üçün bütün materialları alıb gətiridik. Tikintiyə başlamaq isttədikdə Səbuhi Abdullayev birinci müavinini göndərib, tikintini dayandırmağı əmr etdi”.

Mələk Eyyubova bildirib ki, bu açıq-aşkar şəhidlərin ruhuna hörmətsizlikdir. “Şəhidlər üçün tikiləcək bulağın ərazisi heç 50 kvadrat yer etmir. Bizim oğullarımız Azərbaycan Respublikasının tarixi torpaqlarını işğaldan azad edib şəhid olublar. İndi onların adına bulaq tikintisi üçün 50 kv-m torpaq sahəsinin ayrılması niyə mümkün olmasın?”

Şəhid anası deyir ki, Səbuhi Abdullayevin başı dövlət işlərinə yox, öz şəxsi məsələlərinə qarışıb. “O, torpaq, Vətən məhəbbətinin nə olduğunu anlamır”.

Mələk Eyyubova dövlət başçısına media vasitəsi ilə müraciət edərək, Böyük Pirəli kəndinin 5 Şəhidinin xatirəsinə bulaq tikilməsi üçün yer ayrılmasına yardımçı olmasını istəyib. “Sizdən xahiş edirik ki, bizə heç olmasa, 50 kvadrat metr yerin ayrılması barədə göstəriş verəsiniz”.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button