ManşetSiyasət

Putin: “Qarabağ məsələsində Minsk Qrupunun fəaliyyəti vacibdir”

Xəbər verildiyi kimi, dünən Fransa prezidenti Emmuanel Makron Rusiyaya rəsmi səfər edib. JAMAZ.İNFO xəbər verir ki, Rusiya prezidenti ilə görüş 5 saat davam edib. Həmin görüşdə Qarabağ məsələsinin də müzakirə edildiyi bildirilir.

Rusiya prezidenti Vladimir Putin görüşün nəticələri ilə bağlı açıqlama verərək, Qarabağ məsələsindən də danışdıqlarını bildirib. O deyib ki, Fransa ilə Qarabağdakı problemlərin həlli üçün ATƏT-in Minsk Qrupu həmsədrlərinin işinin vacibliyini bir daha təsdiqləyiblər. “Qarabağ ətrafındakı vəziyyəti nəzərdən keçirərkən atəşkəs rejiminə riayət olunmasını təmin edən və dinc həyatın bərpa olmasına köməklik göstərən Rusiya sülhməramlılarının müsbət rolunu qeyd etdik. Biz ATƏT-in Minsk Qrupunun həmsədrlərinin, o cümlədən regionda aktual humanitar, sosial-iqtisadi problemlərin həllində əhəmiyyətini bir daha təsdiqlədik”.

Makron isə bu yaxınlarda Avropa İttifaqı Şurasının prezidenti, Azərbaycan və Ermənistan liderləri ilə keçirdiyi videokonfransın nəticələrindən danışıb. O bildirib ki, görüş səmərəli keçib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button