AraşdırmaManşet

“Prezidentin quluyam” deyən məmur Kəmaləddin Heydərovun kadrı çıxdı –FOTOLAR

Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Gənclər və İdman nazirinin müavini postundan azad edilən İsmayıl İsmayılov çıxışında “Ömrümün sonuna qədərə Prezidentin quluyam” ifadəsini işlətmişdi. JAMAZ.İNFO xəbər verir ki, cəmiyyətdə geniş müzakirə olunan bui sözlərin müəllifi Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun kadrlarından hesab olunur.

Tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli bununla bağlı maraqlı məlumatlar yayıb. O bildirir ki, İsmayıl İsmayılovun oğlu Elvin ismayilov Heydərovlara məxsus biznes şəbəkəsinin idarəçiliyində yaxından iştirak edir. “O, əvvəllər “QƏBƏLƏ ATICILIQ KLUBU” MMC-yə rəhbərlik edib. Hazırda Gilan Holdinqə daxil olan “GİLAN İNŞAAT” MMC-nin qanuni təmsilçisi kimi və “QƏBƏLƏ SPORT STORE” MMC-yə rəhbərlik edir. “QƏBƏLƏ SPORT STORE” idman ləvazimatlarının, o cümlədən ov silahlarının satışı üzrə ixtisaslaşıb”.

Həsənli yazır ki, İsmayıl İsmayılovun oğlunun rəhbərlik etdiyi daha bir şirkət “CORE CONSTRUCTİON” (keçmiş “Gilan Construction Group”) Məhdud Məsuliyyətli Cəmiyyətidir. “Bu şirkət Heydərovların biznesində yeni şəbəkə hesab oluna bilər. “CORE CONSTRUCTİON” yaxın dövrdə Kəmaləddin Heydərovun oğlu Tale Heydərova məxsus AVROPA AZƏRBAYCAN MƏKTƏBİni inşa edib. “AVROPA AZƏRBAYCAN MƏKTƏBİ” TƏHSİL KOMPLEKSİ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2011-ci ildə FRANCESCO BANCHINI adlı əcnəbi vətəndaşın adına rəsmi qeydiyyatdan keçirilib. “CORE CONSTRUCTİON” (https://coreconstruction.az/az/) həmçinin Bakıdakı City Tower binasının təmiri, AFB Bankın baş ofisinin, AĞDAŞ BİYAN ZAVODUNUN tikintisini həyata keçirib”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button