GündəmManşet

Paşinyanın partiyasından separatçılara rədd cavabı: “Qarabağın statusunu müzakirə etmək məqbul deyil”

Son günlər Qarabağla bağlı baş verən hadisələrə Xankəndidəki separatçıların qorxuya düşməsinə səbəb olub. Xüsusən də İrəvan rəsmilərinin Azərbaycanla aparılan danışıqların artıq başladığı və orada Qarabağdan bəhs etməmələri separatçıları əməlli-başlı təlaşa salıb.

JAMAZ.İNFO bildirir ki, Qqarabağdakı separatçıların qondarma “parlamenti” artıq bir neçə gündür Ermənistan parlamentinin üzvləri ilə birgə dinləmələr keçirməyə çalışır. Məlumata görə, aprelin 13-nə təyin olunmuş dinləmələrdə iştirak üçün Ermənistan parlamentində təmsil olunan “Şərəfim var” və “Haystan” bloklarına dəvətnamə göndərilib. Bundan başqa, hakim “Mülki Müqavilə” Partiyasına da analoji dəvətnamə verilib.

Qeyd edək ki, “Haystan” və “Şərəfim var” bloklarından olan deputatlar iki gündür Xankəndinə gedə bilmirlər. Belə ki, onlar Azərbaycanın tələbi ilə Qarabağa buraxılayıblar. Ermənistanın Ağvan kəndindəki keçid məntəqəsindən geri qaytarılan erməni deputatlar bunun səbəbini araşdırmaq üçün Qarabağdakı rus sülhməramlılarının komandanı ilə görüşməyə çalışırlar. Eyni addımı, Xankəndidəki separatçılar da atmağa çalışırlar. Lakin rus komandanın onlarla görüşmək niyyətinin olmadığı üzə çıxıb.

JAMAZ.İNFO xəbər verir ki, separatçıların Nikol Paşinyanın rəhbəri olduğu “Mmülki Müqavilə” Partiyasına göndərdiyi dəvətnaməyə də cavab gəlib. Belə ki, Paşinyanın partiyası indiki məqamda Qqarabağda status məsələsi ilə bağlı hər hansı dinləməni məqbul hesab etməyib və dəvəti rədd edib. Bu isə Xankəndidə böyük səs-küyə səbəb olub.

Qarabağdakı separatçıların nümayəndəsi, özünü “Daşnaksütun” Partiyasının rəhbəri elan etmiş Artur Mosiyan bildirib ki, “Mülki Müqavilə”nin onların dəvətlərini geri çevirməsi Nikol Paşinyan hökumətinin Qarabağı satması anlamına gəlir. “Biz Qarabağın statusu məsələsi ilə bağlı dinləmələr təşkil etməyə çalışırıq. Lakin Paşinyanın partiyasından bu prosesə qoşulmamaq barədə cavab gəldikdə, əmin olduq ki, Ermənistan Qarabağdan əl çəkib və onu Azərbaycana vermək üçün sövdələşmə içindədir”.

Qeyd edək ki, baş verən hadisə Qarabağda yaşayan ermənilər arasında da təlaşa səbəb olub. Onlar özlərini güvəndə hiss etmədiklərini, Qarabağın taleyinin artıq həll olunduğunu, tezliklə Xankəndidə Azərbaycan Bayrağının ucaldılacağını dilə gətirərək, bölgəni tərk etmək barədə düşündüklərini deyiblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button