ManşetÖlkə içi

Paşinyandan növbəti həyasızlıq: “Azərbaycan və rus hərbçiləri birləşərək, erməniləri aclıqdan öldürmək istəyirlər”

“Azərbaycan Rusiyanın sülhməramlı qoşunlarının iştirakı ilə Qarabağ əhalisini aclıq yolu ilə soyqırıma məruz qoymaq siyasətini davam etdirir. Həmin siyasətin əsas məqsədi Qarabağ ərazisini ermənilərdən təmizləməkdir”. JAMAZ.İNFO xəbər verir ki, bu iddia ilə Ermənistanın baş naziri Nikol Paşinyan çıxış edib.

Paşinyan bu gün keçirdiyi hökumətin iclasında daha sonra deyib ki, Azərbaycanın Qarabağla bağlı siyasətinə dair yeni “detallar” malikdir. “Bu dəhşətli layihənin inkişafı üçün ssenarilərdən biri də ondan ibarətdir ki, Azərbaycan humanitar böhranın ən kəskin hissəsində birtərəfli qaydada Laçın dəhlizinin açılmasını, insanların Qarabağdan çıxmasına şərait yaratmağı və onların geri qayıtmasının qarşısını almağı planlaşdırır. Bu mühacirət siyasəti 21-ci əsrdə beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verir”.

Ermənistanın baş naziri vəziyyətdən çıxış yolunu Bakı-Xankəndi dialoqunda görür. “Mən yaranmış vəziyyətdən çıxış yolunu  Bakı-Xankəndi dialoqunda görürəm. Vurğulamağı zəruri hesab edirəm ki, indiki vəziyyətdə beynəlxalq mexanizm həyati əhəmiyyət kəsb edir, əks halda, gördüyümüz kimi, Bakı bütün mümkün vasitələrlə dialoq imkanlarını dayandırır”.

P.S. Paşinyanın bu açıqlaması müstəsna erməni həyasızlığının nümunəsidir. Həqiqətən də Qarabağda “humanitar böhran” varsa, o zaman orada yaşayan ermənilər niyə Bakıdan göndərilən ərzağı qəbul etməkdən imtina edirlər? Əgər aclarından ölürlərsə, yaşamaları üçün ərzağın haradan gəlməsinin nə əhəmiyyəti var ki? Deməli, Qarabağda heç bir humanitar böhran, aclıq yoxdur. Sadəcə, orada yaşayan ermənilər Laçın dəhlizini açmaq fikrində olmaqla yanaşı, həm də Ermənistanla əvvəlki kimi sərbəst əlaqə qurmağa, sonrada da həmin yolla silah-sursat daşıyaraq, Azərbaycana qarşı təxribatlara start verməyi planlaşdırırlar.

Digər tərəfdən, soyqırımdan o dövlətin rəhbəri danışır ki, onu bu sözü dilinə gətirməyə mənəvi haqqı belə yoxdur. Çünki Qarabağda Xocalı soyqırımını Azərbaycan yox, məhz Paşinyanın təmsil etdiyi ermənilər törədiblər. Bu gün də 4000 nəfərə yaxın mülki və hərbçilərimizin qaibətindən xəbər yoxdur. Və onların hamısını məhz ermənilər öldürüblər. Bu günlərdə aşkarlanan kütləvi məzarlıqlardan tapılan Azərbaycan əsgərlərinin meyidlərinin müayinəsi də təsdiqləyib ki, ermənilər onlara olmazın işgəncələr verərək, öldürüblər.

Bütün bunların fonunda Paşinyanın Qarabağdan, soyqırımdan danışması absurd olmaqla yanaşı, həm də siyasi həyasızlıq və əxlaqsızlıqdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button