“Sülh müqaviləsinin mətni hələ imzalanmağa hazır deyil”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri keçirdiyi hökumət iclasında deyib.
O qeyd edib ki, Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Vaşinqtonda apardığı danışıqlarda ciddi irəliləyiş qeydə alınmayıb. “Yaxın vaxtlarda Avropa İttifaqı Şurası prezidentinin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan prezidenti ilə görüşüm planlaşdırılır”.
Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətni heç bir sənəd uyğun deyil və hələ imzalamağa hazır deyil. “Ümid edirəm ki, qarşıdakı görüş zamanı Vaşinqtonda qeydə alınan müsbət şeyləri reallaşdıracam. Bütün məsələlər diplomatik yolla həll edilməlidir”.