GündəmManşet

Paşinyan Qarabağla bağlı mövqeyini açıqlayıb

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Qarabağda yaşayan erməniləri qondarma “müstəqillik günü” münasibəti ilə təbrik edib. JAMAZ.İNFO xəbər verir ki, baş nazir “təbrik”ində iddia edib ki, guya, 31 il əvvəl Dağlıq Qarabağ Muxtar Vilayəti və “Şahumyan” rayonunun deputatları öz müqəddəratını təyinetmə hüququndan istifadə etməklə Dağlıq Qarabağın “müstəqilliyi haqqın”da “bəyannamə” qəbul edib.

Onun sözlərinə görə, ermənilər bu addımı Sumqayıt, Bakıda və Gəncədə baş verən hadisələrə “ekzistensial təhlükəyə” cavab olaraq atıblar.

Paşinyan bildirib ki, Qqarabağda yaşayan ermənilər öz evlərində, hüquqlarının qorunacağı təhlükəsiz mühitdə yaşamaq hüququ var. “Əsasən, Dağlıq Qarabağ probleminin mahiyyəti bundan ibarətdir. Dağlıq Qarabağın bir ərazi vahidi kimi mövcud olmaması və Dağlıq Qarabağ probleminin həlli ilə bağlı bütün bəyanatlar, Qqarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarının müdafiəsi məsələləri dönməz şəkildə həll olunmayana qədər və müvafiq olaraq, ATƏT-in Minsk Qrupunun müəyyən etdiyi statusunun təsdiq edilməsi və ləğv edilmədikcə, məsələnin əhəmiyyəti yoxdur”.

Ermənistanın baş naziri qeyd edib ki, Ermənistan Qarabağda normal həyatın saxlanmasına, təhlükəsizlik və insan hüquqlarının müdafiəsi məsələlərinə dəstəyini davam etdirəcək.

P.S. Nikol Paşinyanın açıqlamasında diqqət çəkən bir neçə məqam var. Birincisi, erməni baş nazir Qarabağın “müstəqil” olduğunu xüsusi olaraq vurğulamır. Bu sözdən mümkün qədər çəkinməyə çalışıb. Paralel olaraq, Qarabağdakı ermənilərin hüquqlarını qoruyacaqlarını bəyan edir. Halbuki Paşinyanın belə bir iddiada olması nə qəbul ediləndir, nə də hüquqi cəhətdən mümkün deyil. Çünki Qarabağ Azərbaycanın ərazisidir və orada yaşayan ermənilər də Azərbaycan vətəndaşlığını qəbul etməlidir.  Onların hüquqlarının müdafiəsi isə Azərbaycan tərəfindən təmin edilməlidir. Ermənistanın bu addımı ölkəmizin daxili işlərinə qarışmaq, gələcəkdə ərazi iddiasına olmaq üçün zəmin hazırlamaq deməkdir.  

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button