ManşetÖlkə içi

“Paşinyan nə zaman vətənpərvər çıxış edirsə, ardından müharibə başlayır”

“Nikol Paşinyan nə zaman “vətənpərvər” çıxışlar etməyə başlayırsa, bir müddət sonra müharibə baş verir və itkilərlə üzləşirik”. JAMAZ.İNFO xəbər verir ki, bunu erməni siyasətçi Eduard Şarmazanov dünən Ermənistanın baş nazirinin çıxışına münasibət bildirərkən deyib.

O buna misal olaraq, Paşinyanın 25-26 sentyabr 2020-ci il tarixlərindəki çıxışlarını xatırladıb. “Həmin çıxışdan sonra müharibə başladı və 10 noyabrda biabırçı sənəd imzalandı”.

Şarmazanov iddia edib ki, Nikol Paşinyanın belə çıxışlar etməsini onun əcnəbi sennarist dostları təklif edirlər. “Görünür, əcnəbi ssenarist dostları ona “milli-azadlıq” çıxışları etməyi, yeni təşkil olunmuş münaqişə yaratmağı və nəhayət, Türkiyə-Azərbaycan gündəminin həyata keçirilməsinə nail olmağı tapşırıblar”.

Respublikaçılar Partiyasının mətbuat katibi olan sözüegedən şəxs onu da bildirib ki, hadisələrin hazırkı gedişatı Nikol Paşinyanın “Kapituliyasiya -2” sənədini imzalaması ilə yekunlaşacaq.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button