DünyaManşet

Paşinyan gizlicə Moskvaya gedib?

Ermənistanın baş naziri Nikol Paşinyanın düənən Moskvaya gizlicə səfər etdiyi deyilir. JAMAZ.İNFO xəbər verir ki, belə bir iddia ilə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti məlumat yayıb.

Məlumatda deyilir ki, Paşinyan fevralın 10-u Moskvaya səfər edib və bu gün geri dönəcək. “Baş nazirin gizlicə Mmoskvaya səfər etməsi, bu səfərin konkret olaraq nədən ibarət olduğu, orada hansı məsələlərin müzakirə edildiyi barədə heç bir məlumat yoxdur”.

Baş nazirin mətbuat katibi Mane Gevorqyan isə bununla bağlı bildirib ki, onda bu barədə heç bir məlumat yoxdur. “Hal hazırd məndə belə məlumat yoxdur. Lakin hər hansı bir xəbər olarsa, bu barədə geniş məlumat yayacağıq”.

Xatırladaq ki, Ermənistanın keçmiş prezidenti Rrobert Koçaryan həftənin birinci günü Moskvada səfərdə olub. O geri döndükdən sonra böyük siyasətə geri döndüyünü, Paşinyan hökumətini idarəçilikdən uzaqlaşdıracaqlarını, müxalifəti birləşdirmək üçün danışıqlara başladığını bildirib. Onun Rusiyadan razılıq alaraq, belə addım atdığı isə şübhəsizdir. Eyni zamanda, Ermənistan müxalifəti yaxın günlərdə Nikol Paşinyanla görüşmək üçün müraciət ediblər. Onlar bildiriblər ki, görüşdə Paşinyandan növbədənkənar seçkilərin keçirilməsini təxirə salmasını xahiş edəcəklər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button