Ermənistanın baş naziri Nikol Paşinyanın BMT-nin 79-cu Assambleyasında çıxışı bu ölkədə mübahisələrə səbəb olub. JAMAZ.İNFO xəbər verir ki, o, çıxışı zamanı Azərbaycanla məsələlərə toxunmamaqla yanaşı, həm də Bakının əleyhinə bircə söz də ifadə etməyib.
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın rəhbəri olduğu Respublikaçılar Partiyasının sədr müavini Eduard Şarmazanov bununla bağlı deyib ki, Paşinyanın çıxışı daha çox Azərbaycana vəkilliik missiyası kimi diqqəti çəkib. “Paşinyan BMT-nin tribunasından danışanda elə zənn elədim ki, orada Ermənistanın baş naziri yox, Yeni Azərbaycan Partiyasının vəkili çıxış edir. O, bir zamanlar Qarabağ üçün də belə danışırdı. Bu gün həqiqətən də Qarabağda sülh var, amma ermənilər yoxdur. İndi Ermənistan üçün də eyni şeyi planlaşdırırlar”.