ManşetÖlkə içi

Paşinyan BMT-nin müzakirəsindən pərt olub: “Azərbaycan daim israr edir”

Hal hazırda Ermənistan hökumətinin iclası keçirilir. JAMAZ.İNFO xəbər verir ki, baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi iclasda 43 məsələ müzakirə olunacaq.

İclasın açılışından sonra Paşinyan dünən BMT-nin Təhlükəsizlik Şurasında keçirilən müzakirələrə münasibət bildirib. O deyib ki, “Laçın dəhlizi”nin bağlanması ən yüksək beynəlxalq məhkəmədə vurğulanıb. “Ən yüksək beynəlxalq məhkəmədə Laçın dəhlizinin qanunsuz blokadası və bunun nəticəsində Qarabağda humanitar böhranla bağlı həqiqətlər səsləndirilib. Həmçinin beynəlxalq ictimaiyyət Laçın dəhlizinin qanunsuz blokadasının aradan qaldırılması üçün Azərbaycana kollektiv çağırış edib.

Təbii ki, bunu Nazirlər Şurasındakı müzakirənin nəticəsi kimi qeyd etməyim Ermənistan ictimaiyyətinə qəribə görünə bilər. Lakin unutmaq olmaz ki, Azərbaycan daim israr edir ki, Laçın dəhlizi bağlanmayıb. Əslində, beynəlxalq ictimaiyyətin çağırışı hələ də yerinə yetirilməyib və 400 tona yaxın humanitar yük daşıyan 22 yük maşını Qarabağa daxil olmaq üçün fürsət gözləyir. O vaxta qədər Qarabağda humanitar vəziyyət günü-gündən pisləşir”.

Ermənistanın baş naziri bu çıxışda onu da iddia edib ki, guya, Azərbaycan İrəvan hökuməti tərəfindən 100 ton unun Qarabağa daxil olmasına mane olub. “Digər tərəfdən isə Qarabağ əhalisinə əkilmiş taxılını biçib un almağa imkan vermir. Bu, beynəlxalq ekspertlərin Azərbaycanın aclıq yolu ilə Qarabağ ermənilərini soyqırıma məruz qoyması tezisini dəstəkləyən daha bir faktdır. Ona görə də Laçın dəhlizinin açılması soyqırımın qarşısının alınmasına yönəlmiş addım kimi qiymətləndirilməlidir. Düşünürəm ki, beynəlxalq ictimaiyyət bu qavrayışa diqqət yetirməlidir”.

P.S. Qeyd edək ki, Paşinyanın çıxışında kifayət qədər qərəz var. Bu da anlaşılandır. Tərf düşməndir, hər halda bizi tərifləməyəcək.

Amma Paşinyan bu çıxışı ilə erməni cəmiyyətinə açıq mesaj verdi ki, BMT və digər qurumlardan nicat gözləməsinlər. Necə ki, onlar 30 il Azərbaycan torpaqlarını işğalda saxladılar və bununla bağlı BMT-nin 4 əsas qətnaməsini veclərinə də almadılar. İndi də Azərbaycan eyni taktika edir. Üstəlik, ermənilərdən fərqli olaraq, haqlıdır. Çünki Qarabağ Azərbaycan torpağıdır. Ora hər hansı ərzaq və digər zəruri məhsullar göndərilməsinə də Bakı qərar verir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button