GündəmManşet

Paşinyan Arayikin yerinə adam tapıb: Masis Mayilyan

Qarabağdakı separatçıların rəhbəri Arayik Harutyunyanın son günlər “istefa”ya gedəcəyi barədə xəbərlər yayılsa da, hələ də proses yekunlaşmayıb. JAMAZ.İNFO xəbər verir ki, dünən Laçın Sərhəd Buraxılış Məntəqəsində qanunları pozan üç erməninin saxlanılması isə “istefa” məsələsini yenidən aktuallaşdırıb.

Qeyd edək ki, bir müddət əvvəl Ruben Vardanyanın da iştirak etdiyi yığıncaqda Harutyunyan istefa verəcəyini açıqlasa da, sonradan fikrini dəyişdirib. “Hraparak” qəzeti isə bununla bağlı maraqlı bəzi detallardan bəhs edən xəbər paylaşıb.

Qəzet yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyan Arutyunyanın istefa ərizəsini təqdim etməsinə imkan verməyib. “Ermənistanın hakim elitasında Arayik Harutyunyanın Ağdam yolu ilə yüklərin daşımnası məsələsində Paşinyanın razılığını yerinə yetirə bilmədiyi üçün gedəcəyi ilə bağlı fikirlər olsa da, Ermənistanın baş naziri onun yükünü yüngülləşdirərək, onu istefasını bir neçə həftə təxirə salmağa çağırıb. Çünki bu, İrəvan bələdiyyəsi seçkilərinə böyük təsir göstərə bilər. Həm güc baxımdan, həm də reytinq cəhətdən. Ola bilsin ki, Paşinyan Araik Harutyunyanı istefaya məcbur etməklə “Mülki Müqavilə”, xüsusən də hakim partiyanın namizədi Tiqran Avinyanla bağlı bəzi arzuolunmaz epizodların üzə çıxacağından qorxur. Xatırladaq ki, 2020-ci ilin 44 günlük müharibəsi zamanı Avinyan Qarabağda idi”.

Erməni nəşri daha sonra qeyd edir ki, Nikol Paşinyan Arayikin yerinə artıq namizəddə tapıb. “Ermənistanln baş nazirinin artıq namizədi də var. Bu şəxs keçmiş “xarici işlər naziri” Masis Mayilyandır. O, əlbəttə, Samvel Babayan deyil və mənfi reputasiyası yoxdur. Eyni zamanda, o, Soros fondunun Qarabağdakı nümayəndəsidir. Həmçinin İrəvan hakimiyyəti tərəfindən idarə olunur”.

“Hraparak” iddia edib ki, Mayilyan Arayikin yerinə keçdikdən sonra “dövlət naziri” Samvel Babayan təyin olunacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button