ManşetSiyasət

Paşinyan aranı qatdı, Peskov “bunu danışacağıq” deyir, Zaxarova isə “qəbuledilməz” hesab edir

Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontintentin fəaliyyətinən narazılıq edib. JAMAZ.İNFO xəbər verir ki, Paşinyan sülhməramlıların 10 noyabr 2020-ci il tarixli bəyanatın 6-cı bəndində göstərilən öhdəliyi yerinə yetirmədiyini vurğulayıb.

O bildirib ki, ruslar öhdəliyə əməl etmirlər. “De-fakto belə çıxır ki, üçtərəfli bəyanatda təsbit olunmuş öhdəlik, yəni Laçın dəhlizinin nəzarətdə saxlanılması Rusiya Federasiyasının sülhməramlı qoşunları tərəfindən yerinə yetirilmir”.

Paşinyan azərbaycanlı ekofəalların və QHT nümayəndələrinin Laçın yolunda keçirdiyi etiraz aksiyasından danışarkən Rusiya sülhməramlı qoşunlarının vəziyyətə müdaxilə etməməsini pisləyib.

Qeyd edək ki, Paşinyanın bu açıqlamasına Rusiyadan da reaksiya gəlib. JAMAZ.İNFO xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib ki, Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti öz missiyasını yerinə yetirir. “Mən bunun əksini deyərdim. Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingenti öz missiyasını yerinə yetirir”.

Zaxarovanın sözlərinə görə, hazırda addımlar atılır, vəziyyətin sabitləşməsi üçün işlər aparılır. “Bilməyənlər və ya siyasi bəyanatları rəhbər tutanlar üçün xatırlatmaq istərdim ki, bundan əvvəl də bir neçə dəfə gərginlik olub, problemlər olub, tərəflər bir-birini günahlandırıblar. Amma Rusiya sülhməramlıları vəziyyətin sabitləşməsi üçün hər şeyi ediblər. Ona görə də bizim sülhməramlılarımıza qarşı belə münasibət qəbulolunmazdır”.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da Paşinyanın açıqlamasına cavab verib. O deyib ki, onlar Ermənistan ərazisində asayişin və əmin-amanlığın təmin edilməsi üçün əllərindən gələni edirlər.  “Rusiya sülhməramlıları çalışdıqları ərazilərdə asayişin və əmin-amanlığın təmin edilməsi üçün mümkün olan hər şeyi edirlər. Onlar yalnız ölkələr arasında imzalanmış sənədlərin ruhuna və hərfinə uyğun hərəkət edirlər”.

Peskovun sözlərinə görə, Rusiya Ermənistan tərəfi ilə bu mövzunu müzakirə etməyə davam edəcək.

JAMAZ.İNFO xəbər verir ki, Ermənistanın baş nazirini ruslarla bağlı açıqlamasına onun nazirlərindən biri dəstək verib. Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan deyib ki, o, Rusiya sülhməramlıları ilə bağlı açıqlamaları təbii hesab edir. “Çünki blokadaya salınan, nəticədə soydaşlarımızın sərbəst hərəkət edə bilmədiyi ərazi Rusiya sülhməramlılarının nəzarəti altındadır”.

O, hazırkı vəziyyətin heç kimin qane olmadığını, hakimiyyət tərəfindən pislənildiyini və müəyyən addımlar atdığını, bunun nəticəsində, eləcə də beynəlxalq təzyiqlər nəticəsində Qarabağın qaz təchizatının bərpa olunduğunu izah edib. Sanosyan əlavə edib ki, hazırda müxtəlif işlər aparılır ki, bu da Xarici İşlər Nazirliyi, Ombudsman aparatı və digər strukturlardan olan həmkarlarına aiddir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button