ManşetÖlkə içi

Özünü yandıran qazi öldü, digəri isə intihar etdi

Sentyabrın 15-də Xəzər rayon Buzovna kənd bələdiyyəsinin özbaşınalığına etiraz olaraq özünü yandıran qazi Elnur Rüstəmov müalicə aldığı xəstəxanada vəfat edib. Bu barədə Meydan TV məlumat yayıb. 
Elnur Rüstəmov sentyabrın 12-də özünü yandırmışdı.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Elnur Rüstəmovun Nərimanov Tibb Mərkəzinin Yanıq bölməsinin Reanimasiya şöbəsində müaşlicə aldığı bildirilirdi.
Onun bədəninin 70 faizinin yanığı ilə müalicə aldığı qeyd edilirdi.
Bu gün həmçinin Mingəçevirdə “Sahil parkı”nda 35 yaşlı hərbçi Elvin Fizuli oğlu Abışovun asılmış meyiti tapılıb.
Elvin Abışov II Qarabağ savaşında iştirak edib və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.
Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.
Bu, 2020-ci ilin sentyabrında başlanan 44 günlük müharibədən sonra 43-cü intihar hadisəsidir.
Ümumilikdə isə intihar həddinə çatdırılanların sayının 50 nəfər olduğu bildirilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button