ManşetSiyasət

Özü özünü təkzib edən Lavrov: Rusiya Qarabağda qalmaq üçün hozuluq edir

Son Vətən Müharibəsindən sonra Qarabağa sülhməramlı adı ilə yerləşmir Rusiyanın müəyyən zamandan sonra təxribatlara əl atacağı gözlənilən idi. Hələ müharibədən sonra bu barədə danışanları, rus təhlükəsinin xırdalıqlarını belə dilə gətirənləri ittiham edənlər, hazırda ən qatı anti-Rusiyaçı olublar.

Bu gün Rusiya Qafqazda qalmaq üçün bir çox təsir rıçaqları yaratmağa çalışır. Gürcüstanda Abxaziya və Osetiya, Azərbaycanda isə Qarabağ məsələsində lövbər salmış ruslar, problemi daima diri tutmaq üçün bütün mümkün vasitələrdən istifadə edir. Məsələn, Qarabağdakı erməni terrorçularına silahın, maliyyənin və hərbi dəstəyin (sülhməramlı missiya adı altında) verilməsi bunun nümunələrindən biridir. Rəsmi Bakının etirazlarına baxmayaraq, hələ də həyasızcasına prosesə davam edən rusların nə istədikləri də bəllidir.

Məsələ belədir ki, Rusiya 10 noyabrda Qarabağa yerləşdirdiyi hərbi qüvvələrini oradan çıxarmaq fikrində deyil. Bunu reallaşdırmaq üçün də separatçılara silah verir, onlar üçün aksiya təşkil edir, danışıqlar porsesinə bu və ya digər formada müdaxilə edirlər. Son günlər istər Ermənistanla sərhəddə, istərsə də Qarabağda təxribatların sayının artması da rus ağlının məhusuludur. Yəni, ruslar erməni tərəfini qızışdıraraq, vəziyyəti gərginləşdirməyə cəhd edir.

Ancaq maraqlı bir məsələ daha var ki, onu da Rusiyanın XİN başçısı Sergey Lavrov dilə gətirib. Əslində, Lavrov bu açıqlaması ilə Rusiyanın hozuluq etdiyini nümayiş etdirməklə yanaşı, həm də özü özünü təkzib edib. Məsələn, Lavrov deyir ki, Rusiya Qarabağın status məsələsinin müəyyən olunmasının tərəfdarıdır, lakin onun gələcək nəsillərə buraxılmasını istəyir. Ardından isə 1991-ci ildə Alma Atı şəhərində imzalanmış bəyənnaməni şərh edərək, bildirir ki, həmin sənədə əsasən Azərbaycan və Ermənistan arasında sərhədlər sovet dövründəki kimi müəyyən edilir. Yəni, sərhədlər SSRİ vaxtı necə idisə, olduğu kimi qalır. Eyni zamanda, rus nazir onu da deyir ki, həmin sənədə əsasən mövcud dövrdə Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycanın tərkibində olub və bu səbəbdən də Azərbaycanın ərazisi hesab olunur. “Praqada keçirilən dördtərəfli görüşdə Ermənistan tərəfinin Alma-Ata Bəyannaməsini təsdiqləməsi Qarabağın statusu məsələsini qeyd-şərtsiz həll edir. Alma-Ata bəyannaməsində göstərilir ki, bütün ittifaq respublikaları SSRİ respublikaları arasında sərhədlərin toxunulmazlığını təsdiq edir. Başqa sözlə, o zaman Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-in tərkibində olub. Azərbaycan, Ermənistan, Fransa və Mişel tərəfindən heç bir qeyd-şərtsiz təsdiqlənəndə bu, Qarabağın statusuna necə yanaşmaq məsələsini həll edir”.

Əslində, Lavrov bu fikirləri ilə özü özünü təkzib edir. Bir trəfdən Qarabağa status istəyən Rusiya, digər tərəfədən Azərbaycan və Ermənistan arasında razılaşdırılmış sənədə əsasən Qarabağın Azərbaycanın tərkibində olmasını təsdiqləyib. Əgər Rusiya da Ermənistan kimi qəbul edirsə ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir, o zaman ona statusun verilib, verilməməsi səlahiyyəti də Bakının əlindədir. Bakı hökuməti bununla bağlı qərarı da öz bildiyi kimi verəcək. Bunun da Rusiyaya heç bir dəxli yoxdur. O zaman Rusiyanın istədiyi nədir?

Aydın məsələdir ki, ruslar Qarabağda qalmaq üçün bütün bəhanələrinin tükəndiyini bildikləri halda, lori dildə desək, hozuluq edirlər. Bunun başqa adı yoxdur.

Fərda Uğur  

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button