ManşetÖlkə içi

Overçuk: “Tezliklə Azərbaycan, Ermənistan və Rusiya arasında nəqliyyat yolu açılacaq”  

“İqtisadi və nəqliyyat əlaqələrinin qurulması üzrə Üçtərəfli İşçi Qrupunun növbəti görüşünün keçirilməsi Bakı və İrəvandan asılıdır”. JAMAZ.İNFO xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.

Onun sözlərinə görə, müzakirələrin aparılması tərəflərdən asılıdır.

Baş nazirin müavini qeyd edib ki, İşçi Qrupunun indiyə qədər apardığı danışıqlar kifayət qədər konstruktiv keçib. “Biz ümid edirik ki, sağlam məntiqlə danışıqları davam etdiriləcək. Və biz yaxın zamanlarda Azərbaycan və Ermənistan arasında avtomobil və dəmiryolunun açılacağını, habelə Azərbaycan ərazisindən keçməklə Rusiya ilə Ermənistan arasında nəqliyyatın yolunun açılmasını görəcəyik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button