ManşetÖlkə içi

Ordumuzun Laçın dəhlizində hərəkətliliyi artıb: Zarıslı, Turşsu, Zabux, Pircahan, Qarıkyaxa…

Mayın son günlərindən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin kolonları Rusiya sülhməramlılarının müşayiətilə Şuşa şəhərindən Laçına doğru və geriyə  hərəkət etməyə başlayıb. Bunu sülhməramlıların Rusiya Müdafiə Nazirliyinin gündəlik bülletenlərində yerləşdirilən hesabatları sübut edir.

İkinci Qarabağ Müharibəsi başa çatdıqdan sonra Azərbaycan kolonlarının bu istiqamətdə hərəkəti olmayıb. Görünür, bu, Ermənistandan Qarabağa yeni yolun çəkilişilə əlaqədardır və Azərbaycan kolonları nəinki hərbçilər, həm də inşaatçılar və texnika var.

Tədricən bu hərəkətlərin intensivliyi və coğrafiyası genişlənməyə başlayıb. Beləliklə, iyun ayında Azərbaycan kolonları müntəzəm olaraq Zarıslıya və Laçın şəhərinə, həmçinin Kiçik Qaladərəsi kəndinə (Kirov) getməyə başlayıblar.

Həmçinin iyunda Azərbaycan kolonları Laçın rayonunun Pircahan, Qarıkyaxa (Laçın ətrafında), Qızıldaş dağına (Şuşa və Laçın arasında yoldakı yüksəklik), eləcə də həmin yoldakı Zarıslı və Turşsu qəsəbələrinə getməyə başlayıblar.

İyulda Azərbaycan kolonlarının səfərləri, demək olar ki, gündəlik olaraq həyata keçirilib və ermənilərin tərk etməli olduğu Sus və Zabux kəndlərini (Laçın rayonu) əhatə edib. Qeyd edək ki, Zabux kəndi Ermənistanla sərhədin yaxınlığında Laçın dəhlizinin lap əvvəlində yerləşən yaşayış məntəqəsidir.

Kolonların ən intensiv hərəkəti son iki həftə ərzində baş verir – 3-4 kolon  oraya və geriyə hərəkət edir. Belə ki, iyulun 19-da Şuşa-Zabux və Şuşa-Zarıslı marşrutu ilə dörd, ayın 20-də isə 8 kolon keçib.

Bakıdakı rəsmi şəxslərin məlumatına görə, bu yay yeni yol istifadəyə verilməlidir və o zaman Laçından Şuşaya strateji yol və Laçın şəhərinin özü Azərbaycanın tam nəzarətinə keçəcək. Bununla, Rusiya sülhməramlıları yeni yolun mühafizəsi üçün yenidən dislokasiya olunacaq.

Mənbə: Turan İnformasiya Agentliyi 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button