ManşetÖlkə içi

Ordumuz Qazax istiqamətində yerdəyişmə edir: İcevanda ermənilər qorxu içində

Bu gün səhər saatlarından etibarən Azərbaycan Ordusunun Qazax istiqamətində hərəkətliliyi müşahidə olunub. JAMAZ.İNFO xəbər verir ki, bu hərəkətliliyin konkret olaraq nə ilə bağlı olduğu məlum deyil.

İlkin məlumatlara görə, Azərbaycanın Ermənistanla sərhəddə yerləşən bölmələri bəzi yerdəyişmələr ediblər. Bunun yeni qüvvələrin dislokasiyası və ya irəliyə doğru hər hansı bir addımın atılması barədə məlumat yoxdur. Rəsmi qurumlardan da bu barədə məlumat almaq mümkün olmayıb.

Lakin bu hadisələrin fonunda İcevan şəhərində ara qarışıb. JAMAZ.İNFO xəbər verir ki, şəhərdə yaşayan ermənilər qorxuya düşüblər. Onlar hesab edirlər ki, Azərbaycan Ordusunun bu hərəkətliliyi Qazaxın 7 kəndində mövqe tutmağa hazırlıq məqsədi daşıyır.

Şəhər sakinləri yerli mediaya açıqlama verərək bildiriblər ki, hazırda İcevan və sərhədyanı ərazilərdə təhlükəsizlik məsələsi Sünik vilayətindəki vəziyyətdən daha ağırdır. “Burada vəziyyət Sünikdən daha ağırdır. Torpağın yarısı Azərbaycan, yarısı da Ermənistan tərəfdədir. Lakin biz möhkəm olmağa çalışırıq. Danışılan sözlərə çox da fikir vermək lazım deyil. Bizim daxildə daha çox düşmənimiz var, nəinki xaricdə”.

Bir başqa İcevan sakini isə deyib ki, hazırda vəziyyət sakitdir. Lakin o, anklav kəndlərin Azərbaycana veriləcəyinə inanmır. “Düzdür, bu torpaqlarda azərbaycanlılar da yaşayıblar. Amma bura onların deyil. Düşünmürəm ki, həmin kəndləri Azərbaycana verəcəklər”.

Xatırladaq ki, 90-cı illərdə Ermənistan qoşunları Qazax rayonunun ankalv olan 7 kəndini işğal ediblər. 10 noyabr razılaşmasında bu kəndlərin Azərbaycana qaytarılması ilə bağlı hər hansı bir bənd qeyd edilməsə də, 1 ildən yuxarıdır ki, sözügedən yaşayış məntəqələrinin geri qaytarılacağı barədə söz-söhbətlər gəzir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button