ManşetÖlkə içi

Ordumuz Qaladərəsini terrorçulardan təmizləyib: kəndin erməni sakinlərini isə evekuasiya edib

Xəbər verildiyi kimi, Azərbaycan Ordusu Qarabağda terrorçulara qarşı antiterror əməliyyatlarına start verib. JAMAZ.İNFO xəbər verir ki, bütün təmas xətti boyunca düşmənə ağır zərbələr endirən Ordumuz, axşam saatlarında terrorçuların məskunlaşdığı Şuşa rayonunun Qaladərəsi kəndinə çıxıblar.

Erməni mənbələrinin iddiasına görə, guya, kənd mühasirədədir və əhalini çıxarmaq mümkün deyil. “Hraparak” qəzeti isə yazıb ki, Qaladərəsi kəndi artıq Azərbaycan Ordusunun nəzarəti altındadır.

Lakin hərbi mənbələrdən JAMAZ.İNFO-ya verilən məlumata görə, Azərbaycan Ordusu Qaladərəsi kəndində yaşayan erməni sakinlər üçün humanitar dəhliz açdıqdan sonra onların böyük qismini oradan çıxarıb. İlkin məlumatlara görə, 150-yə yaxın sakin kənddən evekuasiya edilib və orada qalan terrorçu qrupların zərərsizləşdirilməsi istiqamətində addımlar atılır.

Xatırladaq ki, Azərbaycan Ordusu antiterror əməliyyatlarından öncə Qarabağda yaşayan mülki ermənilərə həm yazılı, həm SMS, həm də səsgücləndiricilər vasitəsi ilə xəbərdarlıq edib. Onları hərbi obyektlərdən uzaq durmağı, terrorçularla təması kəsməyə çağırıb. Bundan başqa, Ordu komandanlığı  təhlükəli bölgədən uzaqlaşmaq istəyən mülki əhali üçün bir neçə istiqamətdə humanitar dəhliz açdığını bildirib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button