CəmiyyətManşet

Operativ Qərargah bəzi qaydaları dəyişdi: İctimai nəqliyyat, tələbələr və digər məsələlərə aydınlıq gəldi

Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti brifinqi keçirilib. JAMAZ.İNFO xəbər verir ki, brifinqdə iştirak edən Qərargahın üzvləri bir sıra qaydaların dəyişdiyini, bundan sonra atılacaq addımlarla bağlı açıqlamalar veriblər.

TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib ki, son günlər yeni yoluxmaların sayında kəskin artım müşahidə olunur. Onun sözlərinə görə, qeyri-iş günlərində bəzən yoluxma sayı aşağı düşür: “İyunun sonunda yoluxma bir faizdən aşağı idi. Bu, yaxşı göstərici idi. Lakin son günlər pozitiv nəticələrin sayı 5 %-ə yüksəlib. Yoluxma 30-39 yaş arasında yüksəkdir. Bölgələr arasında yoluxma halı yenə də Bakıda qeydə alınır. Binəqədidə bu hal qalır”.

Bundan başqa, məlum olub ki, ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması tələb olunacaq. Nazirlər Kabinetinin Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimində 2021-ci il 1 sentyabr tarixindən etibarən:

dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, habelə aşağıda qeyd olunan müəssisələrin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur:

-mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələri.

Həmçinin Nazirlər Kabinetinin yeni qərarı ilə işçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinin siyahısı açıqlanıb. JAMAZ.İNFO xəbər verir ki, siyahı aşağıdakı kimidir:

Kommunal sahə üzrə:

elektrik enerjisi, qaz, istilik ilə təchizat;

su təchizatı və meliorasiya, çirkli suların yığılması və təmizlənməsi;

tullantıların yığılması, emalı və məhv edilməsi.

Nəqliyyat, logistika və kommunikasiya sahəsi üzrə:

dəmir yolu, dəniz, hava və avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti;

liman xidmətləri;

logistika xidmətləri;

telekommunikasiya və rabitə xidmətləri;

poçt və kuryer fəaliyyəti.

Sosial sahə üzrə:

sosial xidmətlərin göstərilməsi;

əqli qüsurlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti.

Ticarət və ictimai iaşə sahəsi üzrə:

topdan və pərakəndə ticarət;

ictimai iaşə;

yeməklərin göndərilməsi və çatdırılma xidmətləri.

Turizm sahəsi üzrə:

mehmanxanalar və oxşar yerlər tərəfindən xidmətlərin göstərilməsi;

səyahət agentliklərinin və turoperatorların fəaliyyəti.

Maliyyə xidmətləri üzrə:

maliyyə və sığorta fəaliyyəti (bank, bank olmayan kredit təşkilatları, lombardlar, sığorta təşkilatları, ödəniş xidmətləri).

Digər sahələr üzrə:

poliqrafiya fəaliyyəti, çap və surətçıxarma xidmətləri;

bütün növ maşın və avadanlıqların quraşdırılması və təmiri;

kompüterlərin və rabitə avadanlıqlarının, şəxsi istifadə əşyalarının, məişət mallarının təmiri;

avtomobillərə və motosikletlərə texniki xidmət göstərilməsi, onların təmiri və yuyulması;

kirayə və lizinq fəaliyyəti;

daşınmaz əmlakın alınması və satılması xidmətləri;

memarlıq, mühəndislik, layihələndirmə və texniki məsləhətlər verilməsi sahəsində fəaliyyət;

reklam fəaliyyəti və bazarın öyrənilməsi;

işə düzəltmə agentliklərinin fəaliyyəti;

tədris və repetitor xidmətləri;

tərcümə üzrə xidmətlər;

dizayn fəaliyyəti;

fotoqrafiya sahəsində fəaliyyət;

sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı göstərilən xidmətlər (mühasibat uçotu və audit, hüquq, kommersiya fəaliyyəti və idarəetmə məsələləri üzrə məsləhət (konsaltinq) xidmətləri və sahibkarlıq subyektlərinə təqdim edilən bu kimi digər iş və xidmətlər);

istehsal və yaşayış binalarının, mənzillərin təmizlənməsi və yığışdırılması;

dezinfeksiya xidmətləri;

toxuculuq və xəz məmulatlarının yuyulması və kimyəvi təmizlənməsi;

dərzi xidmətləri;

bərbərxana və gözəllik salonları;

baytarlıq fəaliyyəti;

heyvan sığınacaqları.

Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov isə deyib ki, Azərbaycanda yaxın müddət ərzində quru sərhədlərinin açılması müzakirə olunmur. Şöbə müdiri bildirib ki, məsələ hazırda müzakirə mövzusu deyil.

O həmçinin həftəsonu ictimai nəqliyyatın fəaliyyət göstərməsi ilə bağlı məsələnin hazırda müzakirə olunmadığını da deyib. Şöbə müdiri bildirib ki, ölkədə peyvənd vurduranların sayı hələ kifayət qədər deyil : “Şənbə və bazar günlərində ictimai nəqliyyatın işləməməsi səbəbindən yoluxma sürəti aşağı düşür. Belə olanda da biz yoluxma sürətinə nəzarət edə bilirik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button