DünyaManşet

Nikol Paşinyan: “Türk istədiyi kimi torpaqlarımızda yerləşə bilməz”

“Bir daha təkrar edirəm. Azərbaycanla sərhədlərin müəyyənləşməsi üçün əvvəlcə təmas xəttinə rus sülhmıramlıları yerləşməli, ardından isə beynəlxalq müşahidəçilərin iştirakı ilə Sotk-Xoznavar istiqamətində delimitasiya və demarasiya prosesi başlanmalıdır”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Aren qəsəbəsində keçirilən görüşdə çıxış edən zaman yerli sakinlərdən biri ona “Demarkasiya olarsa, Arenin vəziyyəti necə olacaq” sualını verib. Paşinyan “bu sizin işiniz deyil” deyə cavab verib. “Sakit olun, özünüzü ələ alın. Türk hara gələcək, harada yerləşəcək, bunlar sizin işiniz deyil. O, 30 ildir Voskopar, Ayqeovit, Movses, Ayqepar, Nerkin Karmiraxpu, Kirans, Berkaper, Vazaşen, Berdvan, Çəmbərək icmalarına rəhbərlik edir. Çəmbərək bu gün müşahidə altındadır? Panika yaymağa gərək yoxdur. Siz deyirsiz ki, türk gəlib sizin qapınızda yerləşəcək. Bunu bacarmaz, heç yerə gedə bilməz. Təxribat xarakterli məlumatlar yaymayın”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button