GündəmManşet

Nikol Paşinyan Qarabağdan “narahat” imiş:  baş nazir “soyıqırm” nağılı danışır

30 il Azərbaycan torpaqlarını işğalda saxlayan və 44 günlük müharibədə ağır məğlubiyyətə uğramış Ermənistan, yenə də Qarabağdan əl çəkmək istəmir. Bununla bağlı Bakının etdiyi çağırışlar, habelə təqdim etdiyi sülh sazişini də imzalamamaq üçün müxtəlif bəhanələrdən istifadə edirlər.

JAMAZ.İNFO xəbər verir ki, hal hazırda 10 noyabr 2020-ci ilə üçtərəfli bəyənnamənin əsas maddələrindən biri olan 4-cü bəndin, yəni Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması, habelə 10-cu bəndin, yəni nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasını icra etməkdən boyun qaçırırlar.

Qeyd edək ki, ermənilər indi də Qarabağda guya, Azərbaycanın “soyqırım” törətmək iddialarını gündəmə gətirməyə çalışırlar. Ermənistan siyasətçiləri, hətta bu ölkənin baş naziri belə məsələni beynəlxalq müstəviyə çıxarmaq üçün dəridən, qabıqdan çıxır. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün İrəvanda keçirilən “Soyqırım cinayətinə qarşı” IV Qlobal Forumda çıxışı zamanı deyib ki, guya, Qarabağda Azərbaycan “soyqırım” törətməyə çalışır. ““Bu gün də regionumuzda soyqırım təhlükəsi var. Bunun qarşısının alınması mütləqdir. Son zamanlar xüsusən də Qarabağ əhalisi soyqırım təhlükəsi ilə üz-üzədir. Və bundan təşvişə düşürlər. Biz bu həyəcan siqnallarına ciddi yanaşmalıyıq”.

Bildirək ki, Nikol Paşinyan və ümumilikdə, Ermənistan cəmiyyətinin soyqırım məsələsindən danışmaq haqqı yoxdur. Ona görə ki, hələ 100 il əvvəl Türkiyədə törətdikləri kütləvi qətllər, 30 il əvvəl isə Xocalıda törətdikləri qətliamlar göz önündədir. İndiyə qədər Azərbaycan xalqı, ordusu, dövləti nə bir erməni kəndini yandırıb, nə bir şəhərini məhv edib, nə də uşaq, qoca, yaşlı, cavan demədən, bütöv bir şəhəri məhv etməyib. Xocalıda törədilən dəhşət o qədər vəhşətlidir ki, həmin kadrlara baxan şəxs soyqırım cinayətinin kim tərəfindən törədildiyini açıq şəkildə görər. İndi bunun üzərinə ermənilərin bizi “soyqırım” törətməkdə ittiham etməsi, gülünc, absurd və müstəsna həyasızlıqdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button