ManşetSiyasət

Nikol Paşinyan: “Ermənilər Şuşa və Hadruta qayıtmalıdırlar”

“10 noyabr razılaşmasından sonra Ermənistan ordusu 28 əsgərini itirib, çoxlu sayda yaralı var”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan dünən İTV kanalına verdiyi müsahibəsində deyib.

O deyib ki, əsas silahlı toqquşmalar Xocavəndin Böyük Tağlar və Çaylaqqala, Ermənistanın Zod-Xəznəvar kəndləri istiqamətlərində qeydə alınıb. “Bu həyacanlı faktordur.  Əsas insidentlər Böyük Tağlar, Çaylaqqala, Zod və Xəznəvar istiqamətlərində baş verib. Bu isə üçtərəfli razılaşmanın kobud şəkildə pozulmasıdır”.

O bildirib ki, hazırda Azərbaycan tərəfində 40 erməni “əsir” var.

Paşinyanın sözlərinə görə, üçtərəfli razılaşmadan sonra Qarabağda hərbi əməliyyatlar tam dayandırılıb. “Mən Rusiyanın bu prosesdəki rolunu yüksək qiymətləndirirəm. Həmin anlaşmadakı vacib bir bənd, rus sülhməramlılarının Qarabağ və Laçın dəhlizində yerləşdirilməsi, reallaşıb. Bu təhlükəsizliyin təmini üçün ən vacib faktorlardan biridir”.

Ermənistanın baş naziri bununla kifayətlənməyib və həyasızcasına bildirib ki, 10 noyabr razılaşmasında qeyd olunan bəzi müddüəlar hələ də reallaşdırılmayıb. O, bu zaman ermənilərin Şuşa və Hadruta qayıtmamasını göstərib. “Hələ də ermənilər Hadrut və Şuşaya qayıtmayıblar”.

Bundan sonra o, hər gün istər Qarabağda, istərsə də Ermənistanla sərhəddə atəşkəs rejiminin pozulduğunu iddia edib. Və təbii ki, erməniliyinə salıb, yenə həyasızcasına Azərbaycanı günahlandırıb. Və ardından, belə şəraitdə Azərbaycanla sərhədlərin delmitasiya və demarkasiyası ilə bağlı danışıq aparmağın çətin olduğunu qeyd edib. “Demarkasiya və delimitasiyanın hansı xəritə əsasında aparılması çox vacib məsələ deyil. Vacib olan odur ki, bu, daha çox prosesin hansı hüquqi əsaslara uyğun həyata keçiriləcəyidir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button