ManşetSiyasət

Nikol Paşinyan: “Bizim əlimizdə Qarabağın qaz və elektrik təhcizatının Azərbaycan tərəfindən kəsilməsinə dair sübut yoxdur”

“Azərbaycanın məhkəmə tərəfindən müəyyən edilmiş Laçın dəhlizinin açılması öhdəliyinə toxunaraq vurğulamalıyam ki, Azərbaycan Laçın dəhlizinin açılması üçün görünən səylər göstərməli, tədbirlər görməlidir”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

Onun sözlərinə görə, ən ilkin addım hakimiyyətin ən yüksək eşalonundan ekofəalları Laçın dəhlizinin açılmasına çağırmaq ola bilər. “İstənilən halda Azərbaycan tərəfindən Laçın dəhlizinin açılması üçün konkret addımların olmaması konkret beynəlxalq nəticələrə gətirib çıxara bilər və çıxarmalıdır”.

Paşinyan Haaqa Məhkəməsinin dünən çıxardığı qərara toxunaraq bildirib ki, orada bir sıra mühüm qeydlər var. “Vacib hallardan biri də məhkəmənin 10 noyabr 2020-ci il tarixli bəyanatına əsasən Dağlıq Qarabağ subyektinin mövcudluğunu aydın şəkildə qeyd etməsidir. Məhkəmə həmçinin qeyd edib ki, Laçın dəhlizinin bağlanması nəticəsində Dağlıq Qarabağa ərzaq, dərman və digər zəruri malların tədarükü dayandırılıb, etnik ermənilərin bir sıra mühüm tibbi xidmətlərə çıxışı məhdudlaşdırılıb, beləliklə, Dağlıq Qarabağda humanitar böhranın mövcudluğu faktını təsdiqləyib. Məhkəmə hesab edib ki, Ermənistan Dağlıq Qarabağda təbii qaz və elektrik enerjisinin verilməsinin dayandırılmasına görə, məsuliyyət daşıyan tərəfin Azərbaycanın olması barədə kifayət qədər sübut təqdim etməyib. Təbii ki, belə vəziyyətin yaranmasına səbəb Qarabağı qazla təmin edən kəmərin klapanının Ermənistan üçün əlçatmaz yerdə yerləşməsidir. Eyni şeyi elektrik cərəyanının kəsilməsi nöqtəsi haqqında da demək olar. Lakin biz əlimizdə yetərli sübutlar olmadığından, onları məhkəməyə təqdim edə bilmədik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button