ManşetSiyasət

Nikol Paşinyan: “Bizdəki anklavlar bizə, onlardakı anklav isə Azərbaycana qalır”

“Hələ heç nəyə qərar verilməyib”. JAMAZ.İNFO xəbər verir ki, bunu parlamentdə çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan anklavlar barəsində danışarkən deyib.

Onun sözlərinə görə, anklavlar mövzusu həmişə siyasi səviyyədə və çox uzun müddətdir mövcud olub. “Məsələn, 1999-cu il ərazi mübadiləsi sənədində 4-cü maddə anklavlara həsr olunub. İndi məsələnin siyasi və hüquqi tərəfləri var. İndi siyasi müstəvidə Münhendə, həm də Brüsseldə belə bir söhbət gedirdi ki, biz qarşılıqlı olaraq anklavların, yəni Ermənistana məxsus olan Başkəndin, Ermənistan ərazisində isə anklavların Azərbaycana məxsus olduğunu qarşılıqlı şəkildə tanıyırıq. Bəli, siyasi müstəvidə biz bunu qəbul edirik. Həmin görüşlərdə dedim ki, hüquqi müstəvidə bizim əlavə suallarımız var, ən azı bəziləri ilə bağlı. Biz Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanıdığını elan edəndə sual yaranır ki, bəs anklavlar? İki həll yolu var. Birincisi, Azərbaycanın anklavları Ermənistana qalır. İkincisi, Ermənistanın anklavları da Azərbaycanda qalır. Bu məsələdə heç nə qərarlaşdırılmayıb. Hələlik müzakirələr gedir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button