GündəmManşet

Nikol Paşinyan: “Biz Qarabağ məsələsində minalı sahəyə daxil olmuşuq”

“Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və Dağlıq Qarabağ ermənilərinin hüquqlarını, o cümlədən öz müqəddəratını təyin etmə hüququnu qorumaq prioritetlərimizdən biridir”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Litvadakı erməni icmasının nümayəndələri ilə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, Ermənistan diqqətli olmalıdır. “Amma son dərəcə diqqətli və ehtiyatlı olmalıyıq”.

Paşinyan qeyd edib ki, mövud prosesdə onlar mina sahəsində gəzirlər. “Mövcud sahə sahə həmişə minalanmışdı. Bir başqa məsələ də odur ki, minaların sıxlığı artır və biz bunu keçən payızda gördük. Təəssüf ki, müharibə bizim üçün çətin, hətta fəlakətli oldu. Həm də Ermənistan, ermənilər, Qarabağ xalqı müstəsna müqavimət göstərir ki, bu çox vacibdir”.

Erməni baş nazir onu da vurğulayıb ki, qarşılaşdıqları problemləri həll etmək üçün çox çalışmalıdırlar. “Bu prosesin sonunda dinc inkişaf və sülh pəncərəsini açmağın bir zərurət və vacib olduğunu görürəm”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button