ManşetÖlkə içi

Nikol Paşinyan: “Azərbaycanla sülhlə bağlı çərçivə sazişi imzalamağa hazırıq”

“Biz status məsələsini deyil, Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyini və hüquqlarını təmin etməyi gündəmə gətirməyimizin səbəbi Rusiyanın mövqeyini qəbul etməkdir. 2018-ci ildə olduğu kimi, indi də hesab edirik ki, həmin söhbətin bir nömrəli maraqlı tərəfi, söhbətin iştirakçısı, Dağlıq Qarabağ erməniləri olmalıdır”.  JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O ümid edir ki, beynəlxalq ictimaiyyət arasında Qarabağ və Azərbaycan nümayəndələri arasında beynəlxalq səviyyədə görünən söhbətin baş tutacağına dair anlayış var. “Həmin söhbət Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları ilə bağlı olmalıdır. Bizim Ermənistan-Azərbaycan münasibətləri məsələsini Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları məsələsindən ayırmağa razı olmağımız heç də o demək deyil ki, biz ümumiyyətlə o məsələni gündəmdən çıxarmağa razıyıq. Əgər biz bu problemi həll etsək, Ermənistan Respublikası təbii ki, ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınması əsasında Azərbaycanla sülh haqqında çərçivə sazişi imzalamağa hazırdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button