ManşetSiyasət

Nikol Paşinyan: “Əgər torpaqları verməsək, Azərbaycan Ordusu Sünikə daxil olacaq”

“Qarabağda müharibə Ermənistan üçün ağır nəticələr verib. Çox sayda həmvətənimiz həlak olub, Ermənistanda üç günlük matəm elan olunub. Son 84 gün, şübhəsiz ki, xalqımız üçün ən ağır günlərdəndir. Biz millət olaraq dəhşət yaşadıq və yaşayırıq”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib.

O deyib ki, hazırda ortada böyük bir sual var. “Böyük bir sual ortaya çıxıb: bundan sonra nə etməliyik, bundan sonra necə yaşamalıyıq və hər şey niyə belə oldu? Mən baş verənlərə görə tam məsuliyyəti öz üzərimə götürdüm və xalqımızın çıxaracağı istənilən hökmü qəbul edəcəyəm”, deyən baş nazir əlavə edib ki, bu, xalqı sakitləşdirə bilər, amma keçmişin təkrarlanmaması üçün nə baş verdiyini ciddi şəkildə başa düşməyə kömək etməyəcək”.

Ermənistanın baş naziri müraciətində qeyd edib ki, reallıqla barışmaq lazımdır: “Reallıqla üzləşmək və uzun illər boyunca səhv etdiyimizi, səhvlərimizin sistemli, konseptual, məzmunlu xarakter daşıdığını etiraf etməliyik. Bütün bunlar bizim dövlət institutlarımız üçün belə təhlükə yaradan nəticələrə gətirib çıxarıb”.

O vurğulayıb ki, baş nazir vəzifəsinə gələrkən bütün bunları başa düşürdü və vəziyyəti dəyişdirməyə çalışıb. “Amma indi daha çox əmin oluram ki, tarixin dönən çarxını dayandırmaq üçün, sadəcə olaraq, vaxt yox idi. Müqavimət ümidsiz idi, amma mənasız deyildi”.

Daha sonra o, Ermənistan-Azərbaycan dövlət sərhədinin bərpa edildiyi Syunik bölgəsi (Zəngəzur) ətrafındakı vəziyyətə toxunub. Bu, Ermənistan müxalifəti tərəfindən torpaqların verilməsi kimi qələmə verilir. 28 il əvvəl işğal edilmiş Zəngilan və Qubadlı torpaqlarının Azərbaycana qaytarılmasının səbibini izah edən Paşinyan onları saxlamağın mümkün olmadığını dilə gətirib. “Müqavimət göstərilərsə, Azərbaycan ordusu onları alacaq və Syunikə daxil olacaq. Amma bu torpaqları könüllü olaraq verməklə, Ermənistan KTMT-dən Azərbaycanın daha da irəli getməyəcəyinə dair zəmanət almışıq. Bu gün artıq Rusiyanın sərhəd qoşunları və digər qüvvələri Sünikə tam həcmdə cəlb edilib və bu, təhlükəsizlik nöqteyi-nəzərdən tamamilə yeni vəziyyətdir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button