Manşet

Nazir icra başçısının oğluna yüksək vəzifə verdi -FOTO

Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu Seymur Qaraşovu yüksək vəzifəyə təyin edib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazirin müavafiq əmri ilə Qaraşov Seymur Taleh oğlu Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini təyin olunub.
Qeyd edək ki, polkovnik S.Qaraşov bundan əvvəl Cənub Regional Mərkəzinin rəis müavini vəzifəsində çalışırdı.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button