GündəmManşet

Nairi Xokxiyan: “ABŞ Zəngəzur və Qarabağdan əl çəkməsi müqabilində Ermənistana 20 milyard dollar təklif edib”

Erməni jurnalist, bir zamanlar Laçın şəhərində Azərbaycana qarşı “müqavimət hərəkatı” yaratmağa çalışan, lakin sonradan hamıdan birinci qaçıb, aradan çıxan Nairi Xokxikyan maraqlı, həm də qəribə bir açıqlama ilə çıxış edib. JAMAZ.İNFO xəbər verir ki, erməni jurnalist Ermənistanın hazırkı durumunun daha acınacaqlı olduğunu dilə gətirib.

O bildirib ki, qarşıdakı həftələr ərazində nəinki Qarabağı, həmçinin Süniki, Basarkeçəri, Göycənin bir hissəsini və Tavuş da itirə bilərlər. O, bu fikirlərinin geniş izahını verərək, konkret əsaslandırmayıb.

O yazır ki,Qafqaz regionu heç vaxt Rusiya orbitindən çıxa bilməz. Xokxikyanın iddiasına görə, ruslar Ukrayna məsələsində yaşadıqları kimi, bizi də eyni aqibəti yaşadacaqlar. “İnsanlar başa düşə bilmirlər ki, Rusiya Ukraynanı və ya bizim regionu tərk etsə, bir neçə ildən sonra həmin Rusiyanın parçalanması başlayacaq. Əgər sizə elə gəlirsə ki, ruslar özləri bunu başa düşmürlər və ya bizim bədbəxtliyimizə görə bizi tərk edəcəklər, ya da ruslar gedəndən sonra amerikalılar və ya ingilislər gəlib bizi alacaqlar, onda siz imperiyaların siyasəti, dünyanın yenidən bölüşdürülməsi və kiçik ölkələrin məhvi haqqında heç nəyi başa düşmürsüz”.

O qeyd edib ki, bir neçə ay əvvəl ermənilərin Laçından çıxmasının əleyhinə olub. “Çünki mən bütün Ermənistan baxımından eyni şeyin təkrarlanmasını istəmirəm. Bilmək istəyirsinizmi ki, ABŞ qapalı danışıqlar zamanı Ermənistanın qarşısına hansı şərtləri qoyub? O zaman yazım və bilin: bizi sizin taleyiniz maraqlandırmır, siz Qarabağdan əl çəkməli, Zəngəzuru NATO-nun təhlükəsizlik nəzarətinə, yəni Türkiyəyə verməlisiz, rusları Ermənistandan çıxartmalısınız. Bunun müqabilində 10 il ərzində Ermənistana 20 milyard dollar verəcəyik. Həmin pulla rahat yaşaya biləcəksiz. Amerikalılar üçün önəmli olan rusları bölgədən çıxarmaqdır”.

Xokxikyan Rusiyanın istəklərini də sadalayıb. “Rusiya deyir ki, məni nə Ermənistan, nə də Azərbaycan maraqlandırır. Rusiyanı iki şeydə maraqlıdır.Birincisi, bölgəni öz nəzarətində saxlamaq. İkincisi, Türkiyənin bölgədə güclü olmasına imkan verməmək. İndi çoxları deyəcək: Bəs, Rusiya niyə Türkiyə və Azərbaycanla belə isti münasibətlər saxlayır? Baxın, Edmon Marukyanla Alen Simoyan bir-birini əxlaqsız adlandırıblar. Onlar düşməndirlər? Niyə bir neçə aydan sonra bir-birinin yanında oturublar? Böyük siyasətdə də belə olduğunu başa düşürsünüzmü? Ruslar və türklər arasında da belədir. 2015-ci ildə Türkiyə bir rus qırıcısını məhv etdi, 2 rusu öldürdü, həmçinin Rusiya səfirini öldürdü. Bəs, nə oldu? O an heç nə, ancaq aylar sonra rus qırıcıları bir neçə türk kəndini, 100-dən çox türk əsgərini öldürü. Ruslar indi Ukraynanın bütün Qara dəniz sahillərini işğal edənə qədər Türkiyə ilə sülh içində olmalıdırlar. Odessanı ələ keçirsələr, Ukrayna Qara dənizlə əlaqəsi tamamilə kəsiləcək. Bəs, siz bilirsinizmi ki, Türkiyə ruslara qarşı döyüşmək üçün niyə hər gün “Bayraktar”ları Ukraynaya göndərir? Bəs, o zaman Putinlə Ərdoğanın bir-birlərinə sevgi etirafı necə? Bu o deməkdir ki, dost adı ilə birini sinəyə elə bərk-bərk sıxırsan ki, nəfəsi kəsilib ölür”.

Erməni jurnalisy iddia edir ki, ABŞ, Türkiyə, Fransa, İngiltərə, Almaniya, bir qrup başqa dövlət Qafqazı ələ keçirmək üçün mübarizə aparır. “Digər tərəfdən Rusiya, Çin, İran. Axı, Rusiya və ABŞ Ermənistanı parça-parça edəcək və bu məsələdə bizim heç kimə ehtiyacımız yoxdur. Sadəcə bilmək lazımdır ki, əgər rusların burada öz qoşunları varsa və onların burada qalmaları onlar üçün yaşamaq mübarizəsidirsə, ABŞ-da rusları bölgədən çıxarmaq və onları Şimalda bölmək problemi var. 10 il ərzində Qafqazı da beləcə böləcəklər. Bəs, biz? ABŞ bu kiçik ölkəni Türkiyəyə təslim edərək bizimlə maraqlanmır. Bir şeyi bilin: Ermənistan məhv olur”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button