ManşetSiyasət

Nərimanovun icra başçısı saxlanılıb?

Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyevin dünən axşam saatlarında hüquq mühafizə orqanları tərəfindən saxlanıldığına dair məlumat yayılıb. JAMAZ.İNFO xəbər verir ki, yayılan məlumatlarda Fərzəliyevin dindirilmək üçün aparıldığı qeyd olunur.

Lakin icra başçısının konkret olaraq hansı qurum tərəfindən saxlanıldığı, hansı məsələ ilə əlaqədar dindirildiyi barədə heç bir bilgi yoxdur.

Qeyd edək ki, Abidin Fərzəliyevin adı Prezidentin sabiq köməkçisi Əli Həsənovla hallanırdı. Belə ki, icra başçısının Nərimanov rayonunda Həsənova coxlu sayda mənzil və ticarət obyektləri bağışladığı vurğulanırdı. Bundan başqa, onların bir neçə biznesdə şərik olduqları iddia edilirdi.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button