ManşetMedia

Müğənni tanışını baltaladı: Ağadadaş Ağayev saxlanılıb

Xalq artisti Ağadadaş Ağayev və tanışı arasında əlbəyaxa dava olub. Hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb. Məlumata görə, A.Ağayev tanışı ilə söyüş üstündə dava edib.

DİN-in mətbuat xidmətindən musavat.com-un sorğusuna cavab olaraq məsələ ilə bağlı bildirilib ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A. Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini əlindəki balta ilə onu hədələdiyini bildirib. N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Daxili İşlər Nazirliyindən  müğənni ilə bağlı insident yaşandığını təsdiqləyiblər. Bu barədə ətraflı məlumat veriləcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button