ManşetÖlkə içi

Mövlud Çavuşoğlu: “Ermənistanın hərəkətləri Azərbaycana qarşı terror hücumudur”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanı Azərbaycana qarşı təxribatlarda ittiham edib. JAMAZ.İNFO xəbər verir ki, o həmçinin Ermənistanın hərəkətlərini Azərbaycana qarşı terror hücumu adlandırıb.

“Ermənistan öz sərhədlərini qoruyan Azəbaycana qarşı terror hücumu edib” deyə, nazir bildirib.

Çavuşoğlu Azərbaycanı dəstəklədiklərini bəyan edib. “Ermənistanı regionda sülh və sabitliyin təmin edilməsi üçün birgə addımlar atmağa çağırırıq. Ermənistan hazırdırsa, Türkiyə də hazırdır. Təxribatlar İrəvan üçün uğursuzluğa çevriləcək”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button