ManşetSiyasət

Moskva üçtərəfli görüşü təsdiqlədi: “Azərbaycan və Ermənistan arasında iki sənəd imzalanacaq, “yol xəritəsi” hazırlanacaq”

Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının Moskvada görüşəcəkləri barədə daha bir məlumat yayılıb. JAMAZ.İNFO xəbər verir ki, erməni mediasının ardından bu dəfə Rusiyanın nüfuzlu RİA Novosti Xəbər Agentliyi məlumat yayıb.

Məlumatda deyilir, Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın görüşü noyabrın birinci dekadasında, yəni ilk ongünlükdə keçiriləcək. Həmin görüşdə növbəti üçtərəfli sənəd imzalanacaq.

Agentlik etibarlı mənbədən əldə etdiyi məlumata istinadən bildirir ki, bu görüşlərin sonuncusu bu ilin yanvarında Moskvada keçirilib və növbəti görüş onun davamıdır. “Bəli, belə bir görüş gözlənilir. Təxminən noyabrın 8-9-na təsadüf edəcək”.

Mənbə üçtərəfli sənədin imzalanacağını qeyd edib. “Sənədlər Azərbaycan və Ermənistan arasındakı sərhədlərin delmitasiya və demarkasiyasını əhatə edəcək. Bu çətin prosesdir. Ona görə də, tərəflər Rusiyanın vasitəçiliyi ilə mövcud problemin həlli yollarını tapmaq və müəyyən etmək üçün “yol xəritəsi” müəyyən edəcəklər. Həmçinin regionda nəqliyyat-kommunikasiyaların açılması məsələsinə də dair sənəd imzalanacaq. Bu bənd hələ birinci razılaşmada nəzərdə tutulub. Ötən ilin noyabrında imzalanmış bəyanatda kommunikasiyalıarın açılması barədə tərəflərin öhdəlik götürdükləri bəllidir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button