GündəmManşet

Moskva görüşü: Bakı və İrəvan Alma-Atı bəyənnaməsinə əsasən saziş bağlayacaq

Xəbər verildiyi kimi, bu gün Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı ilə Sergey Lavrov arasında görüş keçirilib. JAMAZ.İNFO xəbər verir ki, XİN başçıları görüşdən sonra birgə mətbuat konfransı keçiriblər.

Nazir Bayramov bildirib ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsinə dair danışıqların 3-cü raundu bu ilin sonuna qədər keçirilə bilər.

XİN başçısı Llaçın dəhlizi məsələsinə də toxunub. O deyib ki, Laçın dəhlizindən qeyri-humanitar məqsədlər üçün istifadə qadağandır.

Rusiyanın XİN başçısı Sergey Lavrov isə vurğulayıb ki, Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanması haqda Rusiyanın təklifi hər kəsə məlumdur. Onun sözlərinə görə, sülh müqaviləsi Alma-Atı Bəyannaməsi əsasında imzalanacaq. “Tərəflər sülh müqaviləsinin Alma-Atı Bəyannaməsi əsasında imzalanması barədə razılığa gəliblər”.

Lavrov həmçinin deyib ki, üçtərəfli razılaşmalar nizamlanma üçün baza rolunu oynayacaq. “2020-ci ilin noyabrından bəri imzalanmış üçtərəfli razılaşmalar bütün məsələlərdə nizamlanma üçün baza rolunu oynayacaq, o cümlədən nəqliyyat və iqtisadi əlaqələrin bərpası, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası üçün. Rusiya tərəflərə bu istiqamətlərdə dəstək göstərməyə hazırdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button