ManşetSiyasət

Mixail Podolyak: “Qarabağda cəmi 40 min erməni var, orada heç bir blokada yoxdur”

“Qarabağın “blokada”ya alınması barədə xəbərlərin yayılması diqqəti Ukraynadakı müharibədən yayındırmaq və bütün dünyanın diqqətini bu məsələyə yönəltmək üçün düşünülmüş planın tərkib hissəsidir”.  JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenskinin müşaviri Mixail Podolyak Moldova telekanalına verdiyi müsahibəsində deyib.

Telekanalın əməkdaşı söhbət əsnasında bildirib ki, hazırda Qarabağ ətrafında baş verənlər Rusiyanın sui-qəsd cəhdidir. O iddia edib ki, Rusiya Qarabağ üçün “Krım ssenarisi” hazırlayır. “Həmin ərazinin yeni de-fakto rəhbəri, Rusiya əsilli erməni milyarder Ruben Vardanyan da bu məqsədlə Moskvadan göndərilib. Erməni mənbələri deyir ki, Qarabağda 120 min etnik erməni yaşayır. Amma bu iddiaları əsassızdır. Orada cəmi 40 min adam yaşayır. Bu rəqəm də Rusiyanın təhrif etmə cəhdləridir. Krım məsələsində də bvu variantdan istifadə edilmişdi”.

Qeyd edək ki, Podolyan aparıcının fikirləri ilə razılaşdığını bildirib. O məsələnin həddən artıq şişirdilməsinin üç səbəbi olduğunu deyib. “Dünyanın diqqətini yayındırmaqla yanaşı, başqa bir məqsəd də var. Rusiya bölgədə öz dominant mövqeyini bərpa etmək istəyir və göstərməyə çalışır ki, bu cür münaqişələrin həllində yalnız o vasitəçilik edə bilər. Rusiya da Qarabağın blokadası məsələsindən münaqişənin bərpası bahasına istifadə edir. Bununla da, Azərbaycan və Türkiyəyə daha çox təsir və təzyiq etməyə, onları öz yanında saxlamağa çalışır”.

Ukrayna prezidentinin təmsil etdiyi partiyadan deputat seçilmiş Lyudmila Marçenko da telekanala müsahibəsində Azərbaycanı dəstəklədiyini bildirib. “Rusiyanın müttəfiqi kimi Ermənistan Qarabağ üzərində nəzarəti saxlamaq üçün Rusiyanın Krımdakı eyni üsullardan istifadə edir. Vardanyan Qarabağda 120.000 əhalidən danışır. Amma obyektiv olsaq, real araşdırma aparılarsa, orada heç 40 min erməninin oilduğu təsdiqlənməz”.

Ukrayna parlamentinin digər deputatı İqor Popov isə “baltanı kökündən vurub”. O deyib ki, Qarabağda hər hansı blokadadn söhbət gedə bilməz. “Azərbaycan fəalları mülki və humanitar nəqliyyatın tranzitinə əngəl törətmirlər. Lakin Qarabağdakı separatçılar vəziyyətdən istifadə edərək ərzaq çatışmazlığı və “humanitar fəlakət” təbliğatı aparırlar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button