ManşetSiyasət

Mixail Neyjmakov: “Ermənistanı “dəhliz” sözü narahat edir, amma razılaşacaqlar”

“Çox güman ki, yaxın zamanlarda Bakı zamanın onun xeyrinə olduğuna inanaraq, nəzərə çarpacaq hər hansı bir ictimai güzəştə getməkdənsə, bu kimi məsələlərdə danışıqlarda fasilə verməyi üstün tutacaq”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri “Zəngəzur dəhlizi” məsələsi ilə bağlı rus ekspert Mixail Neyjmakov deyib.

Onun sözlərinə görə, Paşinyanın prosesə hazır olub, olmadığı məsələsi bir qədər çətin ifadə ediləndir. “Seçki kampaniyası ərəfəsində istənilən açıq danışıqlar aparmaq xeyli çətin məsələdir. Hətta bu proses sərhəddəki böhranı aradan qaldırsa belə. Yaddan çıxarmayaq ki, seçki kampaniyasının inersiyası təkcə səsvermə günü bitmir. “Seçkiöncəsi rejim” hətta seçkilərdən bir neçə həftə sonraya kimi, yeni hökumət qurulana qədər davam edə bilər. Bu da istənilə halda xarici siyasətə dair danışıqların aparılmasını çətinləşdirən amildir”.

Neyjmakov hesab edir ki, sərhədlərin demarkasiyası məsələsi Bakı və İrəvan  arasında digər problemlərin də aradan qaldırılması fonunda uzun müddət vaxt aparacaq. “Xüsusən də, kommunikasiyaların açılması məsələsində”.

Rus analitik “əgər “Zəngəzur dəhlizi”nin açılmasına icazə verilərsə, Bakı Qarabağın faktiki kiçik parçasında baş verənlərə göz yuma bilərmi” sualına cavab olaraq bildirib ki, belə bir şeyin mümkün olması inandırıcı deyil. Onun sözlərinə görə, hazırda Azərbaycan hakimiyyəti işlərini açıq həvəslə həyata keçirir. “Məsələn, ötən ilki müharibədə əldə etdiyi qələbəni bayram etdiyi kimi, bölgədə olan rus sülhməramlılarından da narazılığını açıq ifadə edir. Digər tərəfdən, hətta Qarabağdakı hərbi əməliyyatların hipotetik şəkildə bərpa edilməsi, Bakı üçün ən uğurlu olsa da, bu kimi hərbi əməliyyatlar bir sıra Qərb oyunçularının – məsələn, bölgədən erməni qaçqınlarının axını ilə əlaqəli təzyiqlərə qarşı Azərbaycanı daha həssas edə bilər. Yalnız bu səbəblərə görə Bakının yaxın gələcəkdə Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyatların bərpasına rəhbərlik etməsi ehtimalı azdır”.

Rus analitik eyni zamanda qeyd edir ki, Azərbaycanın ən əlverişli şərtlərlə kommunikasiyaların açılması marağı üzdə olan məsələdir. “Məsələn, İlham Əliyev hələ 2020-ci ilin sonlarında deyirdi ki, Horadizdən Ermənistanla sərhəddədək dəmir yolunun bu planlar çərçivəsində inşası vaciddir”.

Bildirək ki, əksər analitiklər hesab edirlər ki, nəqliyyat dəhlizinin açılması məsələsi Azərbaycandan daha çox, Ermənistana lazımdır. Lakin onlar Ermənistanın bunun əleyhinə çıxmasının konkret səbəblərini anlaya bilmədiklərini dilə gətirirlər. Mixail Neyjmakov hesab edir ki, kommunikasiyaların açılması məsələsini Ermənistan istisna etmir. “Ermənistanın yaxın buraxmadığı məsələ “dəhliz” sözü ilə bağlıdır. Məsələn, Nikol Paşinyanın mətbuat katibi Mane Gevorqiyan mətbuata açıqlamasında deyir ki, Ermənistan ərazinsindən keçəcək hər hansı bir dəhlizdən söhbət gedə bilməz. Lakin o, kommunikasiyaların açılacağını xüsusi olaraq vurğulayıb”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button