GündəmManşet

Mirzoyan: “Sülh müqaviləsinin bəzi müddüaları üzrə razılaşma var”

“Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması kontekstində artıq ehtimal edilən sülh müqaviləsinin bir sıra müddəaları ilə bağlı müəyyən irəliləyişlər qeydə alınıb”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Ararat Mirzoyan bildirib.

“Vurğulamaq istərdim ki, bir sıra məsələlərdə, o cümlədən Alma-Ata bəyannaməsi əsasında kommunikasiyaların blokadadan çıxarılması, delimitasiya və demarkasiya üzrə müəyyən qarşılıqlı anlaşma var”, – o qeyd edib.

Mirzoyan gərginliyin daha da artmasına, güc tətbiqinə yol verməməyin vacibliyini vurğulayıb. Həmçinin Ermənistanın üç ölkə liderinin bütün üçtərəfli bəyanatlarına sadiq olduğunu bir daha təsdiqləyib.

Öz növbəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qeyd edib ki, rəsmi Bakı münaqişədən sonrakı mərhələdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının tərəfdarıdır. Onun sözlərinə görə, son aylarda bu məsələdə irəliləyiş əldə olunub, o cümlədən iki ölkə liderlərinin görüşü keçirilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button