GündəmManşet

“Minsk Qrupu-2” yaradılır?

Dünən Qarabağdakı separatçılar qapalı görüş keçiriblər. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti məlumat yayıb.

Həmin məlumatda deyilir ki, qapalı görüşdə Qarabağ separatçılarının rəhbəri Arayik Harutyunyan və bölgədə qeyri-qanuni fəaliyyət gsötərən “siyasi təşkilat”ların rəhbərləri iştirak ediblər. Əsas müzakirə mövzusu isə Qarabağa dair yeni danışıqlar formatı olub.

Qəzet yazır ki, həmin görüşdə Arayik Harutyunyan deyib ki, Minsk Qrupunun formatının yenidən işləyə biləcəyinə ümid edir. “Hətta bu yaxınlarda Avropa şəhərlərindən birində həmsədrlərin görüşünün keçirildiyini bildirib”.

Qarabağdakı qondarma “müxalifət deputatı” Davit Qalstyan sözügedən qəzetə açıqlamasında məlumatı təsdiqləyib. “Söhbət Minsk Qrupundan yox, Minsk Qrupu-2 olmağa çalışacaq oxşar formatdan gedir. Başqa detallardan xəbərim yoxdur. Ancaq Rusiya, ABŞ və Avropa Parlamentinin vasitəçiliyi ilə görüş olub. Qarabağ Rusiya və ABŞ-ın danışıqlar masasına qayıtması üçün platforma ola bilər, belə bir şey var”.

P.S. Qeyd edək ki, separatçıların bütün bu ümidləri boşunadır. Ola bilər ki, Avropada hansısa qüvvələr Minsk Qrupunu diriltməyə çalışırlar. Hətta görüşlərin keçirilməsi də mümkndür. Lakin Azərbaycan bu prosesə razılıq verməsə, yaradılacaq istənilən qurupun heç bir legitimlik funksiyası olmayacaq.

Eyni zamanda, Arayik və dəstəsi hələ də o ümidlə yaşayırlar ki, 1994-cü il vəziyyətinə nail olacaqlar. Bu olmayacaq. Yaxın zamanlarda hər şey aydın olacaq və bilinəcək ki, bütün bu ümidlərin hamısı boş şeydir. Üstəlik, bu, Arayikin separatçıların başının altına yastıq qoymaqdan başqa bir şey deyil.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button