ManşetSiyasət

Mher Qriqoryan: “Əvvəlcə, Naxçıvcan-İran, sonra isə Yerasx-Horadiz dəmir yolu açılacaq”

“Regional kommunikasiyaların bərpası üzrə işçi qrupu Yerasx-Horadiz dəmir yolunun mərhələli şəkildə açılması variantını müzakirə edir”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan deyib.

O bildirib ki, hazırda müzakirələrə edilən variantlardan biri də odur ki, Meğri və Mincivan-Horadiz hissələrində yeni dəmir yolunun çəkilməsini gözləmədən, Naxçıvandan İrana kommunikasiya açılsın. Çünki dəmir yolunun tikintisinin üç il çəkə biləcəyi bildirilir”.

Qriqoryan deyib ki, mövcud infrastrukturun köməyi ilə həyata keçirilə biləcək istənilən blokun açılması ehtimalı Ermənistan üçün arzuolunandır. “Amma bu, danışıqların mövzusudur və mən hələ ki, hansı razılığa gələcəyimizi deyə bilmərəm” .

Onlar həmçinin daha bir dəmir yolunun – İcevan-Qazax (Ermənistanın şimal-şərqindən keçir) açılması imkanlarını müzakirə etdiklərini də söyləyib. “Buna baxmayaraq, hazırkı mərhələdə məsrəflərin və nəticələrin ağlabatan nisbətinə uyğun ən real layihələr nəzərdən keçirilir. Gündəlikdən heç bir variant çıxarılmasa da, indi danışıqların bu mərhələsinə aid olan məsələlər müzakirə olunur”.

Baş nazirin müavini əlavə edib ki, Türkiyə ilə dəmir yolu əlaqəsinin bərpası məsələsinə indiyədək heç bir təfərrüat olmadan, yalnız konseptual səviyyədə baxılıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button