İqtisadiyyatManşet

Mesrop Manukyan: “Əgər məhkəməni udsalar, hər bir eməni maaşının yarısını Azərbaycana ödəməli olacaq”

“Azərbaycan müxtəlif beynəlxalq məhkəmələrdə Ermənistana qarşı iddialar qaldırıb. Həmin iddialardan ən birincisi isə Ermənistanın Qarabağın işğalına görə, Azərbaycana zərər vurması ilə bağlıdır”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri İrəvan bələdiyyəsi seçkilərində “Ana Ermənistan” blokunun namizədlərindən biri Mesrop Manukyan deyib.

O bildirib ki, Bakının qaldırdığı iddada dəymiş zərər 130 milyard dollar göstərilib. “Azərbaycan iddia edir ki, Ermənistan ona 130 milyard dollar ziyan vurub. Elə məhkəmədə qaldırdığı iddialarda da bu qədər təzminat tələb edir. Həmin məhkəmələrin bu iddianı qəbul etməsi və Ermənistan əleyhinə qərar çıxarması mümkündür. Çünki Azərbaycanın hazırkı mövqeyi çox güclüdür və onlar məhkəmədə öz xeyirlərinə qərar çıxara bilərlər”.

Manukyan daha sonra qeyd edib ki, belə bir təzminat Ermənistan üçün fəlakətə bərabərdir. “Bilirsiz bu nə deməkdir? Hətta Paşinyan hakimiyyətdən getsə belə, ermənilər həmin pulu ödəmək məcburiyyətində qalacaqlar. Yəni, bu o deməkdir ki, hər bir erməni aldığı əmək haqqının yarısını Azərbaycana ödəməli olacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button