İqtisadiyyatManşet

“McKinsey” şirkəti ilə Azərbaycan hakimiyyətini nə bağlayır?

Xəbər verildiyi kimi, dünən Prezidentin sərəncamı ilə Cahangir Əsgərov AZAL prezidenti vəzifəsindən azad edildi. JAMAZ.İNFO xəbər verir ki, 27 il eyni quruma rəhbərlik edən Əsgərovu Samir Rzayev əvəzləyəcək.

Qeyd edək ki, maraqlı yazıları və araşdırmaları ilə tanın Allahverdi Aydın AZAL-da baş verən son dəyişiklə bağlı diqqət çəkən məlumat paylaşıb. O bildirib ki, AZAL-ın yeni rəhbəri də “Bravo” məktəbinin yetirməsidir. “Samir Rzayev 2017-2022-ci illərdə “Barov”nun satış müdiri olub. “Bravo”nun satış müdirliyindən birbaşa AZAL-a vitse prezident gəlib”.

Allahverdi Aydın xüsusi olaraq qeyd edir ki, “Bravo”dan çıxan digər kadrlar kimi AZAL-ın yeni rəhbəri də “McKinsey” şirkətinin süzgəcindən keçib. “Bu şirkəti tanımayanlar üçün qeyd edim ki, Azərbaycan da daxil olmaqla dünyanın onlarla ölkəsində hökumətlərə məsləhət xidmətləri verir.  Bütün dünyada ümumilkdə 10 mindən çox işçisi olan bu şirkətin Bakıdakı ofisi “Paşa Holdinq” ilə eyni ünvanda (Neftçilər prospeki 153) yerləşir”.

O vurğulayıb ki, 2016-cı ildə Azərbaycan üçün “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ni də bu şirkət hazırlayıb. “Azərbaycanda kadr islahatlarının da əsas məsləhətçisi bu şirkətdir. Kimi hansı posta, nə vaxt və necə təyin olunacağı məsləhətini bu şirkət verir”.

Müəllif onu da bildirir ki, dünya mediasında şirkət barəsində xoş olmayan kifayət qədər məlumatlar da var. “Ancaq şirkət gördüyü işlər barədə açıqlama vermir.  Yeri gəlmişkən qeyd edim ki, 2018-ci ildə Türkiyənin Maliyyə naziri, həm də Ərdoğanın kürəkəni olan Berat Albayrak açıqlama verərərək bildirmişdi ki, Yeni İqtisadi İslahatları Proqramını “McKinsey” ilə birlikdə həyata keçirəcəklər. Amma, sonra nə oldusu, Albayrak birdən-birə “buxar olub yoxa çıxdı”. İndi nə ölüsündən, nə də dirisindən xəbər var”.

O, bununla bağlı son illər həyata keçirilən kadr islahatlarından kiçik bir nümunəni əks etdirən cədvəl də paylaşıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button