DünyaManşet

Lilit Qalstyan: “18 ayda Ermənistan ordusu 120 əsgər itirib”

Ermənistanın AŞPA-dakı nümayəndəsi, deputat Lilit Qalstyan qəribə iddia ilə çıxış edib. JAMAZ.İNFO xəbər verir ki, Stratsburqda keçirilən iclasda çıxış edən Qalstyan 2020-ci ilin noyabrından indiyə qədər Ermənistan ordusunun 120 əsgər itirdiyini deyib.

Qeyd edək ki, 44 günlük müharibə başa çatdıqdan sonra yalnız 2021-ci ilin noyabrında ciddi hərbi toqquşma baş verib. Ermənistan tərəfinin Laçın istiqamətində təxribata əl atması nəticəsində düşmənə cavab verilib. Həmin vaxt Azərbaycan Ordusunun itkiləri 7 nəfər idisə, ermənilərdə bu rəqəm43-ü keçmişdi. Hətta indiyə qədər nəşi tapılmayan erməni əsgərləri belə var. Ancaq bundan başqa, elə ciddi toqquşma və ya hərbi münaqişə baş verməyib ki, Ermənistan 18 ay ərzində döyüşlərdə 120 əsgər itirsin.

Görünür, Lilit Qalstyan ənənəvi erməni yalanına baş vurub. Mümkündür ki, Ermənistan ordusunda ölüm hallarının sayı çoxalıb. Mütəmadi olaraq onların əsgərlərinin bir-birinə atəş açdığı, intihar etdiyi barədə xəbərlər yayılıb. Yəqin, Lilit bu itkilərini də Azərbaycanın üzərinə ataraq, faktı təhrif etməklə yanaşı, “məzlum erməni” obrazı yaratmağa cəhd edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button