GündəmManşet

Lentsovla separatçılar arasında qalmaqal: “Bizdən yox, Paşinyandan tələb edin”

Dünən Qarabağda qanunsuz şəkildə fəaliyyət göstərən bir qrup QHT nümayəndəsi, habelə özünü “antiböhran şurasının sədri” kimi təqdim edən separatçıların nümayəndəsi Tiqran Petrosyan bölgədə müvəqqəti yerləşmiş rus sülhməramlı qüvvələrin komandanı Lentsovla görüşüblər. JAMAZ.İNFO “Hraparak”a istinadən xəbər verir ki, görüşdə qalmaqal yaşanıb.

Belə ki, Petrosyan Lentsovda  Ermənistana gedən yolun nə zaman açılacağını soruşub. Bunun ardından isə rus hərbçisini tənqid edib ki, onlar öz üzərlərinə düşən vəzifələri icra etmirlər. “Görüş çox gərgin keçib. Hətta Lentsov əsəbləşərək, “Rusiya Laçın dəhlizi məsələsində Nikol Paşinyan qədər məsuliyyət daşımır. Gedin, ondan sourşun ki, yol niyə bağlanıb. Paşinyan “Qarabağ Azərbaycandır” deyəndə fikirləşəcəkdiz, nə baş verdiyini” deyib”.

“Hraparak” yazır ki, Lentsov baş verənlərdə Rusiyanın heç bir günahı olmadığını bildirib. “O, görüşdə deyib ki, hərbçilər verilən sərəncamları icra edirlər. Siyasi platformada qərarların qəbulu onların səlahiyyətində deyil”.

Məlumatda qeyd edilir ki, erməni separatçıları bu görüşdən ciddi narazı qaldıqlarını bildiriblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button