ManşetSiyasət

Lentsov Qarabağa iki təkliflə gəlib: “SBM yığışdırılsın və yükləri ruslar daşımalıdır”

Azərbaycan Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsini qurmasından sonra Qarabağdakı rus sülhməramlılarının komandanları prosesə qarışmalı olublar. JAMAZ.İNFO xəbər verir ki, bir neçə gündür Azərbaycan tərəfi ilə aparılan danışıqlar isə nəticə verməyib.

Qeyd edək ki, dünən Azərbaycan Sərhəd Qoşunları yeni açılan məntəqədə Bayraq qaldırma mərasimi təşkil ediblər və bu barədə ölkə Prezidentinə məruzə olunub. Bu o deməkdir ki, bundan sonra aparılan istənilən danışıq nəticə etibarı ilə ciddi dəyişikliyə səbəb olmayacaq. Çünki rəsmi Bakı Ermənistanla sərhəddə sərhəd-buraxılış məntəqəsini rəsmi olaraq qurduğunu və fəaliyyətə başladığını bəyan edib.

Ermənistanda nəşr olunan “Hraparak” qəzeti isə bildirib ki, Rusiyanın Qarabağa göndərdiyi 66 yaşlı Aleksandr Lentsovun təyinatı rəsmi olaraq açıqlanmasa da, o, 3 gündür Xankəndidədir.  Qəzet yazır ki, dünəndən etibarən Lentsov, Volkov və Rusiya FTX nümayəndəsinin iştirakı ilə Azərbaycanla danışıqlar aparılır. Azərbaycan tərəfindən isə danışıqlara iki nəfərin qoşulduğu iddia olunur.

“Hraparak” bildirir ki, bu danışıqlarda Ermənistan iştirak etmir. Buna səbəb də Azərbaycanın israrla İrəvanın prosesdə iştirakına razılıq verməməsidir.

Bundan başqa, qəzet onu da iddia edir ki, Lentsov Qarabağa müvəqəəti olaraq gəlib. “Onbun vəzifəsi prosesi dəstəkləməkdir. Əgər vəziyyət yoluna qoyularsa, o, Moskvaya qayıdacaq. Çünki bu gün Rusiya ordusunda belə mütəxəssislər yoxdur və bu dövrdə belə bir mütəxəssisin Rusiyada olmasına ehtiyac çox böyükdür”.

Qeyd edək ki, həmin məlumatlarda rusların danışıqlar zamanı iki şərt irəli sürdüyü bildirirlir. Həmin şərtlərdən biri Azərbaycanın Nəzarət Buraxılış Məntəqəsini yığışdırmasıdır. Orada yalnız rentgen skaner cihazları quraşdırılacaq və Azərbaycan da yalnız onlayn müşahidə edə biləcək. Bir sözlə, Qarabağa gedən yüklər yenə Rusiya sülhməramlılarının birbaşa nəzarəti altında yoxlanılacaq və Azərbaycan tərəfi prosesi onlayn izləyəcək.

Rəsmi Bakının bu şərtlərlə razılaşacağı inandırcı görünmür. Bu gedişatdan da aydın görünür.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button